From Wikipedia, the free encyclopedia
Berliner — 470 × 315 mm (18,5 × 12,4 düym) ölçülü, ölçüsünə görə A3 və A2 formatları arasında yerləşən qəzet kağızı formatı.
Format XX əsrin əvvəllərində yaranıb və adını Berlin şəhərinin adından alaraq, o dövrdə daha geniş istifadə edilən North German və French formatları ilə rəqabətə başlayıb. Hazırda Fransada Le Monde və Le Figaro, İtaliyada La Repubblica və La Stampa, Belçikada De Morgen[ing.], Böyük Britaniyada The Guardian, İsraildə "Ha-Arets", Xorvatiyada Vjesnik, ABŞ-də Journal & Courier[ing.] (Lafayet, İndiana ştatı), Braziliyada Jornal do Brasil[ing.] qəzetləri bu formatda çap olunurlar.
Avropada Berliner Zeitung qəzetinin qısaca Berliner adlandırılması bəzən bu formatın adı ilə bağlı çaşqınlıq yaradır. Lakin bu qəzet berliner formatında çap olunmur. Almaniyada yalnız 2 milli qəzet berliner formatından istifadə edir: Die Tageszeitung (qısaca "taz" da adlandırılır) və Junge Welt. Əksər alman qəzetləri daha böyük olan, 570 × 400 mm ölçülərə malik nordisch formatında çap olunurlar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.