Bəttal Qazi (690, Malatya740) — Xalq qəhrəmanı.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Bəttal Qazi
Doğum tarixi 690
Doğum yeri
Vəfat tarixi 740
Vəfat səbəbi Şəhid olmuşdur
Atası Hüseyn Qazi
Milliyyəti türk
Fəaliyyəti zabit
Bağla

Həyatı

Bəttal Qazi və ya Seyid Bəttal Qazi, VIII əsrdə yaşadığı təxmin edilən və haqqında müxtəlif inanclar buraxmış bir xalq qəhrəmanıdır. Malatya Sərdarı Hüseyn Qazinin oğludur. Anası Səidə Xatun türk əsllidir. Bəttal Qazi Malatyada doğulmuşdur. Doğulduğu və yaşadığı evin yeri hələ də mövcuddur. xarabalıq halında qorunur. Uzun illər xalqa yemək paylanan xeyriyyə yeri kimi istifadə olunmuşdur. Haqqında Övliya Çələbinin Səyahətnamə əsərində bəhs edilmişdir. Malatyada doğulduğu yerə öz adı verilmişdir. Anası Səidə Xatun ilə həyat yoldaşı Zeynəb Xatunun, iki oğlunun və nəvəsinin Vaiz Baba türbələri də Malatyadadır (Bəttalqazi). Əmisi Həsən Qazinin türbəsi isə Malatya Darendəsindədir var. Bəttal Qazi haqqında bu günə çata bilmiş qaynaqlar yalnız məsnəvi tərzində yazılmış, bir-birini həm dəstəkləyən, həm də ziddiyyət təşkil edən faktlar ehtiva edən dastanlar və xalqın yaddaşında qalmış olan məlumatlardır.

Bəttal Qazi dastanında və xalq hekayələrində, Əməvilər zamanında Ərəb ordusuyla birlikdə İstanbulu mühasirə etdiyi izah edilməkdədir. Mühasirə həm dənizdən, həm qurudan edilmiş, lakin uğursuzluqla nəticələnmişdir. Dastanda Bəttalın düşməni, ərəb komandirinə oyun oynayıb mühasirə başladığında İstanbula keçərək imperatorluğunu elan edən İmperator Leondur. Ərəb tarixində II İstanbul mühasirəsinin tarixi 717–718 illər olaraq göstərilir. Bizans tarixindəki məlumatlar də bu tarixi təsdiqləyir. Ayrıca Bizans tarixində İmperator III Leonun taxta çıxma tarixi 717 olaraq ifadə edilmişdir, bundan ötəri dastandakı Leonun İmperator III Leo İsauryalı olma ehtimalı üzərində durulur. Dastanda Bəttal Qazinin mühasirə zamanı iyirminci yaşlarnda olduğu deyildiyi üçün, Bəttal Qazinin doğum ilinin 690–695-ci illər ola biləcək olduğu düşünülməkdədir. Bəttal Qazinin 740-cı ildəki Afyon (Akroinon) döyüşündə öldüyü mövzusunda tarixçilər razılığa gəlmişdilər.

740-cı ildə Əskişəhirin Seyitqazi mahalı yaxınlarında döyüşdə aldığı yara səbəbiylə şəhid olmuşdur. Anadoluda İslamın yayılmasına böyük qatqıları olmuşdur. Seyid Bəttal Qazi, İslam Peyğəmbəri Məhəmmədin nəvəsidir. Özü Əməvi komandiri deyil. Amma Əməvi ordusunda vəzifə almışdır. Abdülvəhhab Qazi, Məhəmmədin də aldığı əmanəti təxminən iki əsr sonra Seyid Bəttal Qaziyə təslim etmişdir. Seyid Bəttal Qazi Ələvilər üçün sərçeşmədir. Seyyid Bəttal Qazinin nəvələri Amasya Merzifonda, Əskişəhər SeyidqazidəMalatya ətrafında yaşayır. Özü Ayasofya kilsəsinə (məscidinə) girən və o zamanın düşmən komandiri Leonun qorxusuna səbəb olan seyiddir. Hələ də Malatya, Manisa, Əskişəhər, Amasya, Tokat, Sivas bölgələrində Bəttal Qazi nəslindən olan insanlar var.

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.