From Wikipedia, the free encyclopedia
Balaca Albert təcrübəsi (ing. Little Albert experiment) – 1920-ci ildə ABŞ psixoloqu Con Uotson və köməkçisi Rozali Reyner tərəfindən aparılmış təcrübə. Təcrübə 9 aylıq Albert təxəllüslü körpə üzərində aparılmışdır. Təcrübənin məqsədi qorxmanın doğuşdan olduğu, yoxsa sonradan əldə olunan refleks olduğunu müəyyənləşdirmək idi.[1]
Davranış psixologiyasının qurucusu Uotson və köməkçisi Rozali Reyner işə Con Hopkins bağçasının uşaqlarını müşahidə etməklə başladılar. Lakin təcrübələrin aparılmasını labüd hesab edirlər və onlar tədqiqat üçün icazə ala biləcək bir ailə axtarırlar. Nəticədə, 8 aylıq sağlam körpə olan Albert ilə təcrübə keçirmək qərarına gəlirlər.[1]
Əvvəl balaca Albert üzərində bir neçə emosional test edilir. Balaca körpəyə ağ siçan, dovşan, kağız parçaları, parik və maska kimi ilk dəfə görəcəyi obyektləri və vəziyyətləri göstərirlər. Məqsəd Albertın bunlara qarşı qətiliklə əks reaksiya vermədiyini görməkdir. Nəticədə Albert gördüyü hər hansı bir obyektə qorxu reaksiyası göstərmir, hər şeyə gülür.[1]
Bu testdən sonra Alberti boş bir otağa aparırlar. Otaqda Albert oturan örtük və yataqdan başqa bir şey yoxdur. Daha sonra Uotson və köməkçisi Reyner otaqdan ayrılaraq Albert üçün ağ laboratoriya siçanı verərək onu tək buraxdılar. Albert siçandan qorxmadı və əks reaksiya verərək siçanı sevir, onu tutmağa çalışır və gülür.[1]
Daha sonra növbəti mərhələyə keçirlər. Albert hər dəfə siçana toxunduqda psixoloqlar iki dəmir çubuğu (bir çəkiclə, digəri isə polad ilə) tıqqıltı ilə narahat səslər çıxarmağa başlayırlar. Səsləri eşidən balaca Albert ağlamağa başlayır. Otaq səssizləşəndə Albert siçanla yenidən oynamağa davam edir. Yenidən siçana toxunanda psixoloqların etdiyi tıqqıltıya məruz qalır. Albert ağladığı kimi ehtiyatla yenidən cəhd edəndə siçana toxunmaqdan qorxduğunu hiss edir, çünki o, həmişə toxunmağa çalışarkən eyni səsləri eşidir. Bu təcrübə bir neçə gün davam edir və təkrarlanır.[1]
Uotson və Reyner sınağı növbəti mərhələyə daşıyır, dovşan və digər tüklü obyektləri gətirir. Nəticədə, Albert, xüsusilə ağ, tüklü bir obyekt görəndə qorxu hiss edir, ağlamağa başlayır və qaçmaq istəyir. İndi Albert pambıq, ağ dovşan və buna bənzər əşyalar arasında dəmir çubuqların çıxardığı səs olmadığına baxmayaraq qorxmağa başlayır. Nəticələrdən razı olmayan psixoloqlar, nəhayət, ağ saqqallı quş kostyumları taxaraq otağa daxil olur. Kədərlənən Albertin üzündəki qorxu ifadəsi artıq tamamilə balaca körpənin yaddaşına yazılır.[1]
Bu təcrübə ilə elm adamları şərti qorxunu dəstəkləyirdilər. Ancaq 8 aylıq bir körpənin vəziyyəti yenidən sınanmır və onu müalicə etmədikləri üçün böyük reaksiyaya məruz qalırlar. Albertin zehni sağlamlığını yaxşılaşdırmağa başladıqlarına baxmayaraq, keçmişin dərin və qaranlıq izlərini necə aradan qaldıracağı məlum deyildi.[1]
Təcrübədən sonra balaca Albertin taleyi barədə bir çox şayiə ortaya çıxmışdır.[1]
Müəllif Tom Bartlettin sözlərinə görə, balaca Albertin anası Arvilla Merritt xəstəxanada süd ana idi. O dövrdə isə onun iqtisadi vəziyyəti digər işçilərdən daha aşağı idi. Maddi imkansızlıqdan ötəri körpənin eksperimentdə istifadə olunmasından imtina edə bilmədi. "Balaca Albert" kitabında deyildiyinə görə anası balaca Albert haqqında olan təcrübələri bilməmişdi. Təcrübələrdən xəbərdar olduqdan sonra körpəsini götürüb yoxa çıxdı.[1]
Amerika Psixologiya Assosiasiyasına əsasən, Duqlas Merritt balaca Albertın əsl adıdır və 6 yaşında hidrosefaliyadan (beyinə su toplanması) həyatını itirib.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.