From Wikipedia, the free encyclopedia
Bakı şəhərinin gerbi - aşağı tərəfi iti bucaq şəklində olan düzbucaqlı formada qalxanvari lövhədən ibarətdir. Lövhə hər tərəfdən eni 6mm olan qızılı zolaqla əhatə olunaraq haşiyələnmişdir.
Gerbin əsas ölçüləri: eni - 100 mm, hündürlüyü 140mm-dir.
Gerbin fonu açıq göy (sülh və açıq səma rəmzi) rəngdədir və lövhənin fonunda qızılı rəngli, eyni ölçülü üç alov dili (odlar yurdu rəmzi) təsvir edilmişdir. Alov dilinin hər birinin hündürlüyü 37 mm, eni 26 mm-dir.
Gerbin aşağı hissəsində şaquli xətt üzrə lövhənin onda bir hissəsini tutan və neftin mövcud olmasını bildirən qara rəngli sahə, qalan hissənin isə dörddə birini tutan firuzəyi rəngdə dəniz dalğaları təsvir edilmişdir.
Üfüqi xətt üzrə firuzəyi rəng fonunda üç cərgə qızılı rəngli beş dalğa keçir. Üfüqi xətt boyunca hər dalğanın ölçüsü 17,6 mm-dir.
Binalar və abidələr üzərində gerb qabarıq (barelyef) şəkildə lövhənin aşağısında dalğalar və ortasında 3 alov dili olmaqla təsvir edilərək çərçivə ilə haşiyələnir.
Gerb medallarda və fəxri fərmanlarda təsvir edilərkən, o, aşağıdan başlayaraq sağdan və soldan zeytun (şöhrət rəmzi) budaqları ilə haşiyələnir. Budaqlar aşağı hissədə çarpazlanır.
Medallarda və fəxri fərmanlarda, habelə gerb təsvir olunan digər sənəd və əşyalarda bütün nisbətlər saxlanılır, təsvirin miqyası isə tələbatdan asılı olaraq müəyyən edilir.
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.