Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı

From Wikipedia, the free encyclopedia

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (İHAK) — Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə ilə təmin edilən insan hüquqlarına riayət edilməsinə və qorunmasına nəzarət edən qurumu. Mişel Baçelet 1 sentyabr 2018-ci il tarixindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarıdır.[2]

Cəld faktlar Ümumi məlumatlar, Yaradılma tarixi ...
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı
Office of the High Commissioner for Human Rights
Ümumi məlumatlar
Yaradılma tarixi 20 dekabr 1993[1]
Rəsmi saytı ohchr.org
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarixi

Bu komissarlıq 1993-cü ildə BMT Baş Məclisi tərəfindən yaradılmışdır.[3]

28 iyul 2008-ci ildə Baş Assambleya BMT-nin Baş katibi Pan Gi Munun Navanethem Pillayın (Cənubi Afrika) BMT-nin İnsan Hüquqları üzrə yeni Ali Komissarlığına təyin edilməsi təklifini səsvermədən təsdiqləmişdir. Onun dörd illik səlahiyyət müddəti 1 sentaybr 2008-ci ildə başlamışdır. Müddət bitdikdən sonra onun mandatı 1 sentyabr 2012-ci ildən başlayaraq daha iki il müddətinə uzadılmışdır.

1 iyul 2004-cü ildən 2008-ci il iyunun 30-dək Luiz Arbor (Kanada) Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı olmuşdur. Onun sələfi Serjiu Vieyra di Mello (Braziliya) 19 avqust 2003-cü ildə BMT-nin İraqdakı missiyasının rəhbəri vəzifəsini yerinə yetirərkən Bağdad şəhərində yerləşən BMT ofisində törədilən partlayış nəticəsində həlak olmuşdur.

İstinadlar

Xarici keçidlər

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.