From Wikipedia, the free encyclopedia
Bəhrilər (ərəb. البحرية, Bəhriyyə) — Misir, Suriya və Hicazı əhatə edən Məmlük sultanlığını idarə edən qıpçaq-türk əsilli[1] məmlüklərdən və onların nəsillərindən ibarət sülalə.
Bəhrilər | |
---|---|
ərəb. البحرية | |
Ölkə | |
Banisi | Rükunəddin Baybars |
Sonuncu hökmdar | Səlahəddin Hacı |
Əsası qoyulub | 1250 |
Soyun kəsilməsi | 1382 |
Milliyyət | qıpçaq |
Titullar | |
sultan | |
Vikianbarda əlaqəli mediafayllar |
Sülaləyə verilən Bəhri adının mənşəyi Əyyubi sultanı Saleh Əyyubi tərəfindən Nil çayının Roda adasında qıpçaq əsilli əsgərləri qəbul etmək üçün inşa etdirilmiş hərbi düşərgədən gəlir.[2]
Bəhrilərdən olan 24 sultandan bəziləri "Bəhriyyə" hərbi düşərgəsində yetişdirilmişdir məmlüklər, bəziləri isə nəsildən-nəsilə keçməklə taxta çıxmışlar. Bəhri hakimiyyətinin sonlarına yaxın sultanlar faktiki olaraq hakimiyyətlərini itirdilər və güclü məmlük əmirləri üçün "siyasi fiqura" çevrildilər.
Bəhri sülaləsindən olan Məmlük sultanları Qahirədəki Müqəddəm təpəsində yerləşən Qahirə qalası içərisindəki sarayda yaşayırdılar.
1382-ci ildə sultan Bərkukdan etibarən Bəhrilərin hakimiyyətinə son verildi və Məmlük sultanlığı əsasən çərkəz əsilli Bürci sülaləsi tərəfindən idarə olunmağa başlandı.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.