Azərbaycan şairi From Wikipedia, the free encyclopedia
Bədri Seyidzadə (tam adı: Bədrəddin Kərbəlayı Mir Cavad oğlu Seyidzadə; 20 yanvar 1882, Keşlə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – noyabr 1945, Bakı) — Azərbaycan şairi.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İlk təhsilini kənd məktəbində, sonra mədrəsədə almışdır. "Seyid" təxəllüsü ilə şeirlər yazan dayısı onu da yazmağa həvəsləndirmiş, klassik poeziya ilə tanış etmişdir. Bədri Seyidzadə 1909 ildə "Nəşri-maarif‖in darülmüəllimində təhsilini davam etdirmişdir. 1910-cu illərdən başlayaraq, "Tuti", "Övraqi-nəfisə", "Məzəli", "Babayi-Əmir" məcmuələrində "Bərqi-əyyar", "İgnə", "Sancaq", "Bayquş" imzaları ilə şeirlər çap etdirmişdir. Şeirlərində ("Bizə nə!..", "Şükür, xudaya" və s.) Sabir satiralarının ideya və bədii xüsusiyyətlərindən bacarıqla bəhrələnmişdir. Bədri Seyidzadə əruzun müxtəlif bəhrlərində qəzəl, müxəmməs, tərkibbənd və s. yazmış, Nizami, Sədi və Füzulidən təxmislər etmişdir. 1918 ildə Azərbaycanda milli istiqlal hərəkatının qələbəsindən sonra Bədri Seyidzadənin yaradıcılığında sosial-demokratiya ideallarını tərənnüm edən poetik nümunələrə rast gəlinir. Dövrün poeziyasında olduğu kimi, şairin yaradıcılığında da azad Vətən, müstəqillik rəmzi olan üçrəngli milli bayrağın tərənnümü mühüm yer tutur. Şair "Vətən" ("Azərbaycan" qəzeti, 1919, 7 avqust) şerində də vətəni yüksəkdə duran və əbədiyyətədək enməyəcək bayraqlı bir diyar kimi vəsf etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.