xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü From Wikipedia, the free encyclopedia
Böyükdimdik çovdarçı (lat. Charadrius leschenaultii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü.
Böyükdimdik çovdarçı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Gruimorphae Dəstə: Fəsilə: Yarımfəsilə: Charadriinae Cins: Növ: Böyükdimdik çovdarçı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Nadirdir.
(DD). Zəif öyrənilib. Məhdud ərazidə qalıb. Sayı məlum deyil.
Azərbaycan faunasında cinsin 5 növündən biridir.
Dimdiyi cinsin başqa növlərinə nisbətən uzun və yoğundur. Bel tərəfi qum kimi boz, qarın tərəfi açıq rənglidir, amma döşünün yanlarında və çinədanı üzərindəki kürən köndələn zolaq enlidir, qanadlarının altı ağdır. Boynunun ardı kürən, alnı qaramtıl-qonurdur [3][4].
Asiyada nəsil verir, qışlamaq üçün Afrikaya və Şimali Avstraliyaya qədər miqrasiya edir [5]. Azərbaycanın şərq hissəsi bu növün reproduktiv arealının qərb kənarını təşkil edir [6]: Muğan və Şirvan düzlərində, Qobustanın Xəzər dənizinə yaxın hissələrində müşahidə edilir[7].
Gilli, seyrək şorangəli və yovşanlı səhranı xoşlayır, hətta bozqır və yarımsəhra landşaftlarının səhralıq hissələrində yaşayır. Azərbaycana nəsil vermək üçün gəlir, burada may ayından sentyabra qədər olur. Miqrant populyasiyası dəniz sahili üzrə köç edir [8][9][10]. Yeni faktlara əsasən böyükdimdik bozca yuva tikmir, heç bir bitki olmayan gilli torpaq üzərində yaşıl çalarlı tutqun gil rəngli 3-4 yumurta qoyub kürt yatır [11]. Belə quş təhlükə görən kimi yuvadan sakitcə uzaqlaşır, amma balası olan quş təhlükəyə qarşı həyəcan siqnalı verir, hətta özünü xəstəliyə vurub (imitasiya) yerə yıxılmaqla təhlükəni balasından uzaqlaşdırmağa çalışır. İyun ayının axırında pərvaz balaları müşahidə edilir. Həşərat və məryəmqurdu (xərçəng) ilə yemlənir. Faydalıdır [12].
Azərbaycanda adi saylı quş olub. XX əsrin əvvəllərində Bankovski Azərbaycanda bu növdən çoxlu kolleksiya toplayıb [13][14]. Sonralar mənfi faktorlara dözə bilməyib, məhdud yerlərdə qalıb və nadir olub [15][16]. Sayının dinamikası məlum deyil. Əvvəllər miqrant kimi tanınıb [17][18]. Son illərdə reproduksiyası dəqiq müəyyən edilib [19].
Qışlamada kollektiv təsərrüfata məxsus 5-10 min başdan ibarət qoyun sürüləri may ayında köç edərkən yuvalarını dağıtması, yerdə açıq şəraitdə yuvalarını çoban itləri, tülkü, çaqqal, vəhşi pişik, ilan və s. yırtıcıların tələf etməsi [20].
Elmi və estetik əhəmiyyəti var.
Faydalı fauna hesab edilib [21]. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxildir. Qırmızı kitabın II nəşrinə tövsiyə edilib [22].
Qorunmasının vacibliyinin əhaliyə çatdırılması, Xəzər dənizinin sahilinə yaxın səhra və yarımsəhra yerlərdə ev heyvanlarının sayının normasına riayət edilməsi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.