Böyük Bəhmənli
Füzuli rayonunda kənd From Wikipedia, the free encyclopedia
Füzuli rayonunda kənd From Wikipedia, the free encyclopedia
Böyük Bəhmənli — Azərbaycan Respublikasının Füzuli rayonunun Böyük Bəhmənli kənd inzibati ərazi dairəsində kənd.[2]
Böyük Bəhmənli | |
---|---|
39°30′44″ şm. e. 47°29′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 111 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1916[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Quruçayın (Arazın qolu) sahilində, düzənlikdədir. 1917-ci ildə Böyük Bəyimanlı Şəklində qeydə alınmışdır. Etnotoponimdir. Bəhmənlilər Qarabağ xanlığının həyatında muhum rol oynamış Cavanşirlərin bir qoludur. Böyük sözü kəndin adına onu eyniadlı oykonimdən fərqləndirmək üçün əlavə edilmişdir[3].
Rayonun ən qədim kəndlərindən sayılan Böyük Bəhmənli ərazisində miladın ilk yüzilliklərində Bəhmən şəhəri yerləşib. Ötən əsrin 50-ci illərinin sonlarına qədər qalıqları qalmış bu şəhərin Sasani hökmdarları tərəfindən salındığı güman olunur. Ötən əsrin ortalarında kolxozlaşmanın vüsət aldığı bir vaxtda şəhərin qalıqları məhv edilərək ərazidə əkin sahələri salınıb. Böyük Bəhmənli ərazisində qədim türk tayfalarına məxsus kurqanlar, həmçinin daha bir şəhər qalığı, on oğuz (haylandur) türklərinə məxsus və hazırda Haylan adı ilə tanına ərazilər mövcuddur. Kəndin ərazisində həmçinin Qızılbaş, Alaqarğı, Gözarası, Palıdlı bağ, Şirvan ata, Çalağay kimi tarixi yer adları bu gün də qalmaqdadır. Bir sıra tarixi mənbələr bəhmənlilərin Mərkəzi Asiyadan gəldiyini qeyd edirlər. "Qarabağnamələr" və digər tarixi sənədlər Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın da Bəhmənlidən olduğunu qeyd edirlər.
Pənahəli xanın kötükcəsi, tarixçi Əhməd bəy Cavanşir doğma yuvalarından danışarkən yazır: "Onun əcdadı olub, Araz çayının sahilində, Bəhmənli kəndinin yaxınlığında Alaqarğı oymağında yaşayan Məhəmmədxan adlı birisi ceyran dərisindən qayırılmış perqament üzərində yazılan bir qəbaləyə əsasən Kürəkçay, Kür, Araz, Əlincəçay və Göycə gölü arasındakı 200 verstə qədər uzunluğu və bu qədər də eni olan bütün Qarabağ torpaqlarını satın almış və uzun müddət bu yerdən müstəqil surətdə istifadə edərək, hələ sağlığında oranı üç oğlu arasında bölüşdürmüşdü." Mehdiqulu xan Cavanşir 1827-ci ildə Irandan dönəndən sonra Qarabağ komendantı tərəfindən qeyri-qanuni olaraq torpaqlarını pay-bölüş edilmiş gördü. Haqqını qaytarmaq üçün ədliyyə orqanlarına baş vurdu. Özəl mülkü haqqında məhkəməyə təqdim etdiyi arayışlarda Alaqarğı barəsində də bilgi var. Mehdiqulu xan dədə-baba torpaqları Alaqarğının sınırlarını belə cızır: "Alaqarğı—gündoğandan Köndələnçay, günbatandan Sarısu arxı, güneydən Arazla sınırlanan bir torpaqdır. Quzeydən Quruçay bu torpağı ikiyə bölürdü. Bir hissəsi podpolkovnik Məhəmmədqasım ağanın idi. Bir hissəsində isə xəzinəyə bağlı Bəhmənli, Seyidmahmudlu, qışda Hacılı və Yağləvənd obaları əyləşirdilər". Bu gün Böyük Bəhmənli kəndində 40-a yaxın tayfa və tirələr mövcuddur. Bunlardan ən böyükləri kimi Kəbirli, Qarçığay, Məmmədli, Qurbanlı, Zeynallı, Abdullalar, Lələli, Qara Qasımlı və s. göstərmək olar. Birinci Qarabağ müharibəsinin ağrı acısını yaşayan Böyük Bəhmənli kəndi 1993-cü ilin noyabr ayından 1994-cü ilin yanvar ayının 5-dək Ermənistan ordusunun işğalı altında olub. İşğal nəticəsində kənddə 80-dən artıq ev, həmçinin xəstəxana və bir məktəb binası yandırılıb və ya dağıdılıb. Müharibə nəticəsində kənd 52 şəhid verib ki, onlardan 25 nəfəri mülki, 27 nəfəri isə hərbçilər olub. Böyük Bəhmənli uğrunda gedən döyüşlərdə Azərbaycan ordusunun 50-dən artıq əsgəri şəhid olub. Düşmənin 10-dan artıq zirehli texnikası vurulub, 50-dən artıq canlı qüvvəsi məhv edilib. Kənddə yerli şəhidlərə və Azərbaycan Daxili Qoşunlarının qəhrəmanlıq göstərərək şəhid olmuş əsgərlərinin xatirəsinə abidə ucaldılıb. 1993-cü ilin dekabrında Füzuli rayonunun Böyük Bəhmənli kəndi uğrunda gedən qanlı müdafiə döyüşlərində düşmən tankı ilə əlbəyaxa döyüşə atılan Daxili Qoşunların 5 əsgəri mövqelərindən geri çəkilməyərək həlak olub. Həmin vaxt Daxili Qoşunların artilleriyaçıları Böyük Bəhmənlidə ermənilərin 1 ədəd "PDM-1" markalı döyüş maşınını heyətini məhv edib.
Kənd Quruçayın (Arazın qolu) sahilində, düzənlikdədir. 1917-ci ildə Böyük Bəyimanlı şəklində qeydə alınmışdır. Etnotoponimdir. Bəhmənlilər Qarabağ xanlığının həyatında mühüm rol oynamış cavanşirlərin bir qoludur. Böyük sözü kəndin adına onu eyniadlı oykonimdən fərqləndirmək üçün əlavə edilmişdir.[4]
Böyük Bəhmənli kəndində 20 ilə yaxındır musiqi məktəbi fəaliyyət göstərir. Bu məktəbə yarandığı gündən Hüseynqulu Əliyev rəhbərlik edirdi. Məktəbi bitirənlər arasında sonradan respublikanın ali mədəniyyət ocaqlarının məzunu olmuş onlarla şəxs var. Böyük Bəhmənli kəndində hazırda bir məscid mövcuddur. SSRİ qurulmazdan öncə kənddə iki məscid olub. Kollektivləşmə illərində məscidlərdən biri mağazaya, digəri isə dərman anbarına çevrilib. XIX əsrdə inşa edilmiş məscidin binası uzun illər kimyəvi praparatlar saxlanıldığından sıradan çıxıb. Hazırda həmin məscidin yaxınlığında yeni tikilmiş məscid mövcuddur.
Bəhmənli xalçasının adı Füzuli rayonunun Böyük Bəhmənli kəndinin adı ilə bağlıdır. "Bəhmənli" xalçasınını orta kompozisiyası bir-birinin ardınja düzülmüş, orijinal formalı fiqurlar təşkil edir. Orta sahədə yerləşən bir və ya iki fiqur xüsusən maraqlı olan kompozisiyadır. qocaman xalçatoxuyanların təxminlərinə görə, bu fiqurlar "heykəl", "manqal" və ya "çanq" (pənjə), digərləri isə sanaqlıbağanı təsvir edir. Belə bir nəticəyə gəlmək olar ki, heyvan fiquruna bənzəyən bu fiqurlar müəyyən tayfanın totemi olan çanaqlıbağanın təsviri ilə bağlıdır. Füzuli rayonunda yerləşən Böyük Bəhmənli kəndinin adı ilə bağlı olan "Bəhmənli" xalçasınını orta kompozisiyası bir-birinin ardınca düzülmüş orijinal formalı fiqurlar təşkil edir. Belə bir nəticəyə gəlinir ki, heyvan fiquruna bənzəyən bu fiqurlar müəyyən tayfanın totemi olan çanaqlı bağanın təsviri ilə bağlıdır. Böyük Bəhmənli kəndi ərazisində Üçtəpə adlı kurqan abidəsi yerləşir. Üçtəpənin hər biri ayrı-ayrılıqda torpaq qəbir kurqanlarıdır. Vaxtı ilə ərazidəki kurqanların sayının dörd və bir az da artıq olduğu söylənilir. Onlar kolxozun torpaq düzəltmə (planirovkaları) zamanı dağıdılıb. Üçtəpə ərazisindən b.e.əvvəl birinci minilliyə aid qara gildən düzəldilmiş məişət qabı aşkar edilib.
Böyük Bəhmənli kəndinin ərazisi cənubda Araz çayı ilə həmsərhəddir. Kənddən Quruçay keçir və Araza qovuşur.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6070 nəfər əhali yaşayır.[5] Böyük Bəhmənli kəndi Füzuli rayonunun ən böyük yaşayış məntəqələrindəndir. Hazırda Böyük Bəhmənli bələdiyəsində 6171 nəfər əhali yaşayır. Böyük Bəhmənlidən indiyədək 1000-dən artıq şəxs Azərbaycanın və keçmiş SSRİ-nin ali təhsil müəssisələrini bitirib.
Kənd İranla dövlət sərhədində yerləşdiyindən burada həmçinin sərhəd zastavası da yerləşir. Böyük Bəhmənli kəndində 2 orta məktəb, 1 xəstəxana, asfalt zavodu, su anbarı, dəmir yolu dayanacağı var. Kənddə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vəsaiti hesabına müasir tibb-diaqnostika mərkəzi inşa olunub. Tibb Mərkəzi 2010-cu il noyabr ayının 11-də istifadəyə verilib. Mərkəzin açılışında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.[6] Kənd 1980-ci illərədək rayonun əsas pambıq istehsalçısı olan yaşayış məntəqələrindən sayılıb. Ötən əsrin 80-ci illərində pambıq sahələrinin üzüm sahələri ilə əvəzlənməsi nəticəsində kəndin iqtisadiyyatında üzümçülük əsas yeri tutub. Rayonda istehsal edilən üzümün 24–30%-ni Böyük Bəhmənli verib. Kəndin ərazisində inşa edilmiş üzüm emalı müəssisəsi müharibədə ermənilər tərəfindən dağıdılıb. Hazırda kənd camaatının əsas məşğuliyyətini bitkiçilik, taxılçılıq, bostan və tərəvəz məhsullarının becərilməsi, maldarlıq təşkil edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.