From Wikipedia, the free encyclopedia
Böyük Aral gölü — Göl Aral dənizinin quruması nəticəsində 1989-cu ildə meydana gəlmişdir. 2003-cü ildə Böyük Aral dənizi öz növbəsində iki hissəyə bölünmüşdür. Şərqi və qərbi adlandırılan hissələr Uzun-Aral boğazı ilə birləşirdi[1]. Göl dəniz səviyyəsindən 29 metr yüksəklikdə yerləşirdi. Bu tip yerləşmə sayəsində hissələr arasında aktiv əlaqə mövcud idi. 2005-ci ildə isə Kiçik Aral gölü Böyük Araldan Kokoral bəndi inşa edilmişdir. Artıq isə 2009-cu ildə Şərqi Aral tamamən qurumuşdur[2][3]. 2010-cu ildə göl Amudəryadan gələn suyun hesabına yenidən dolmuşdur[4]. Bununla belə göl yenidən dörd il sonra tamamən quyumuşdur. Qərbi Aral isə qrunt suları ilə dolduğundan quruması gecikir[5].
Böyük Aral | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 3500—3800 km² |
Dərin yeri | 40 m |
Orta dərinliyi | 14-15 m |
Duzluluğu | 70-100 ‰ |
Yerləşməsi | |
45°00′ şm. e. 58°30′ ş. u.HGYO | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
2007-ci il məlumatına görə Böyük Aral Gölünün qərb hissəsinin suyu hər litrinə 7 q duz düşürdüsə, şərq gölünün hər litrinə 100 q duz düşür. Bu isə göldən hansısa təsərrüfat təyinatı üzrə istifadəsini mümkünsüz edirdi.[6]. Amudəryanın suyu əgər Qərbi Arala axaraq tökülə bilsə bu saman göldən təsərrüfat əhəmiyyətli istifadəsini mümkün edə bilər. Xüsusi ilə balıqçılığın inkişaf etdirilməsini mümkün edər[7].
Uzun-Aral boğazı 1989-cu ildə Aral dənizinin səviyyəsinin enməsi ilə yaranmışdır. Boğaz Kulandı yarımadasını Vozrajdeniya adasından ayırırdı. 2000-ci ildə Böyük Aral dənizi şərqi və qərbi olmaqla iki yerə bölünmüşdür. 2008-ci ildən iki hissə yalnız kiçik boğazla birləşmişdir. Bu boğaz sayəsində hər iki göl əlaqə təmin edilirdi. Axın əsasən şərqdən qərbədir. 2009-cu ildə şərqi göl tamamən qurumuşdur. Bir il sonra isə göl Amudəryanın hesabına yenidən dolmuşdur. Bununla belə günümüzdə boğaz mövcudluğunu qorumur.
Harırda Böyük Aral dənizinin qərb hissəsi 3500–3800 km² əraziyə malikdir. Gölün orta dərinliyi 14–14 metr təşkil edir. Maksimal dərinliyi 37–40 metrdir. Yeraltı sular il ərzində gölə 2 km³ su verir. 2009-cu ilin mayında
Şərqi)Aral tamamən qurumuşdur. 2010 ildə isə göl yenidən bərpa olunur. 2014[8] ildə göl tamami ilə qurumuşdur. Bu gölün 8303 km² sahəsini təşkil edirdi[9]. Böyük Aralın Şərq gölü qızmar yay ayları tamamən quruyur. Çayda gursululuq olarkən isə yenidən müəyyən ərazidə su yayılaraq gölün az bir hissəsi bərpa olunur. Qərbi Aralı isə ilibəil sahəsi azda olsa azalmağa doğru gedir. Gələcəkdə onunda yox olma ehtimalı yüksəkdir.[10]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.