Azov (xətt gəmisi, 1826)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
"Azov" (rus. Азо́в) — Rusiya donanmasının 74 silahlı yelkənli xətt gəmisi.
Azov | |
---|---|
rus. Азо́в | |
| |
Ölkə | Rusiya İmperiyası |
Təşkilat | Rusiya imperator donanması |
Salınma tarixi | 1 noyabr 1825 |
Batma tarixi | 1831 |
Layihəçi | A. M. Kuroçkin, V. A. Erşov |
İstehsalçı | Solombala tərsanəsi |
Şərəfinə adlandırılıb | Azov yürüşləri |
Sinifi | "Yezekel" |
Növü | üçdorlu döyüş gəmisi |
İştirak etdiyi döyüşlər | Navarin döyüşü |
Top | 80 silah |
Heyət | 600 nəfər |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
"Azov" 1826-cı ildə Arxangelskdə suya buraxılmışdır. Gəminin inşaatçısı İ. A. Kuroçkin olmuşdur. "Azov" 20 oktyabr 1827-ci ildə Navarin döyüşündə birinci dərəcəli kapitan Mixail Lazaryevin komandanlığı altında fərqlənmişdir. Gəmi öz atəşi ilə Osmanlı donanmasına aid beş gəmini, o cümlədən donanma komandirinin freqatını məhv etmişdir. "Azov" ən çox zərbəni almış və gəmidəki insan itkiləri Rusiya dənizçilərinin ümumi insan itkilərinin yarısını təşkil etmişdi. "Azov" Rusiya donanması tarixində ilk dəfə Müqəddəs Georgi nişanı və vımpeli ilə təltif edilmiş, Lazarevin rütbəsi artırılaraq kontr-admiral olmuşdur. Gəmi 1831-ci ildə sökülmüşdür. XIX–XX əsrlərdə "Azov"un xatirəsinə üç gəmi "Azov xatirəsi" adlandırılmışdır. Ümumilikdə, Rusiya donanmasına I Pyotrun dövründən başlayaraq "Azov" adını daşıyan on gəmi daxil idi.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.