From Wikipedia, the free encyclopedia
Azad Qaradərəli — yazıçı, publisist, "Yazı" dərgisinin baş redaktoru.
Azad Qaradərəli | |
---|---|
Vəliyev Azad Vəli oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Qaradərə, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | filoloq |
Fəaliyyəti | hekayə yazıçısı[d] |
Əsərlərinin dili | Azərbaycan türkcəsi |
Janrlar | hekayə, roman, esse |
Azad Qaradərəli 1954-cü ildə Zəngilan rayonunun Qaradərə kəndində doğulub. APİ-nin filologiya fakültəsini bitirib. Bir müddət müəllim işləyib. 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra ailəsilə birgə Bakıda yaşayır. 1996-cı ildən 2012-ci ilin iyun ayına qədər Azərbaycan Teleradio Verilişləri QSC-də — radioda çalışıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində işləyib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində dərs deyib.
İlk nəsr kitabı 1987-ci ildə çap olunub.
2011-ci ildə nəşrə başlayan "Yazı" ədəbiyyat dərgisinin baş redaktorudur.
Beş uşaq atasıdır. Dörd qızı, bir oğlu var.
Yazıçının ilk hekayələrindən olan "Yaz günləri" 1976-cı ildə "Ədəbiyyat və incəsənət qəzetində nəşr olunub. Sonralar "Azərbaycan", "Ulduz" jurnallarında, müstəqillik dövründə isə "Yazı" dərgisində və başqa mətbu orqanlarda, habelə sosial şəbəkələrdə hekayələri, romanları və esseləri yayımlanıb.
Azad Qaradərəli ilk hekayələrindən bu yana insanın ən ağır durumda belə mənəvi gücünü itirməməsini, humanizmin, insani duyğuların aşınmaya məruz qalsa da, sonda dirçəlib ayaqda olmasını göstərməyə çalışmışdır.
Hekayələri rus, türk, polyak, ərəb və ingilis dillərinə çevrilərək Rusiya, Türkiyə, İran, Polşa, Misir və ABŞ-də saytlarda, jurnallarda, antologiyalarda yayımlanıb. "Süd gölü" hekayəsi əsasında Çexiyada qısametrajlı bədii film çəkilib.
Yazıçı Azadlıq radiosunun hekayə müsabiqəsinin (2011-ci il) qaliblərindən olmuş və Polşa haqqında hekayələr müsabiqəsində xüsusi diploma layiq görülmüşdür.
On iki roman müəllifi olan A. Qaradərəli bu janrın imkanlarından istifadə edərək, daha da irəli getmiş, insanlığın anti-bəşəri meyillərə yenilmədiyini, bəşəriyyətin nicatının bir sıra mənəvi bağlardan asılı olduğunu obrazların dili ilə əks etdirmişdir. Müəllif müharibə qoxulu yazılarında da insanlığı hərbin üstünə getməyə, qeyri-insani əməllərdən çəkinməyə çağırır.
Otuzdan çox kitab müəllifi olan A. Qaradərəlinin iki romanı ("Cülyettanın sol tərəfinə toxunmaq" və "Şüşə ev") "Yazı" dərgisinin müxtəlif saylarında çap olunsa da, kitablaşdırılmayıb.
Habelə müəllifin "Ucubuluq", "Erməni doktorun gündəliyi", "Cəbrayıl əfsanəsi" romanları da social şəbəklərdə, saytlarda parçalar şəklində oxuculara çatdırılsa da, kitab halında işıq üzü görməyib.
İki cildi çap olunan "Renessans həsrəti"nin (esselər, müsahibələr və ədəbi statuslar) 3-cü cildi də hələ kitab kimi çap olunmayıb.
Korono virus pandemiyası ilə əlaqəli də müəllif bir xeyli hekayə və "Morqda karantin" adlı roman qələmə almışdır. 44 günlük Vətən müharibəsinin şəhid və qazilərinə həsr olunmuş hekayələr və "Cəbrayıl əfsanəsi" adlı radio-roman yazmışdır.
Son illərdə yazıçının 70 illik yubleyi baş tutdu.Buna görə də o, indiyə qədərki ən böyük kitabı olan "Azad Qaradərəlinin söz aləmi" kitabını yazmışdır.
"…Və bu gün əgər aradan-bərədən ötüb-keçən həmən o müstəqilliyin 20 ilinin gerçəkçi hekayələrini (nələr oldu, ax, nələr oldu…) bilmək istərsə, Oxucuya, ilk tövsiyəm məhz Azad Qaradərəlinin hekayələri ola bilər. Yazıçı kənddən-kəsəkdən – şəhər keşməkeşlərinəcən, sovetin qürubundan müstəqillik sevdalarınacan bu illərdə yaşanmışları içində o qədər tövr-cövr, bişir-düşür etmiş ki, eləcə səriştəli qələmin ucuna düzməyi bəs eləyir…
Tehran Əlişanoğlu
AMEA-nın müxbir üzvü
"…Mənim qarşımda Azərbaycan kəndinin yeni bir obrazı açıldı. Bu, təzə bir yazıçının kəşfi idi. O yeni bir kənd obrazı təqdim edirdi. Bu kəndin sahibi və əsas adamları qadınlar idi… Azad Qaradərəlidə həqiqi, böyük yazıçı səmimiyyəti var. O insanların, həyatın sərt üzünü də göstərməyi xoşlayır. Bununla o sələflərindən də seçilir. Azadın qadın obrazlarının əksəriyyəti sərt, amansız addımlar da ata bilən adamlardır."
Rəhim Əliyev
Professor
"Azad Qaradərəli sərbəst düşünən yazıçıdır, yəni onun yazıya aldığı hadisələrdə, insan obrazlarında əvvəlcədən müəyyənləşdirilmiş, "planlaşdırılmış" bir niyyət hiss etmirsən. Deyim ki, müstəqilliyin yazıçıya bəxş elədiyi azadlıq və sərbəstlik duyğusunu öz əsərlərində sözün həqiqi mənasında yaşadan və bundan qədərincə faydalanan yazıçılardan biridir Qaradərəli."
Vaqif Yusifli
filologiya elmləri doktoru
"Dostum Azad çox illər əvvəl mənə bir hekayələr kitabını bağışlamışdı. Ailə üzvlərimizlə bərabər, biz o kitabdan hər axşam bir hekayə oxuyurduq. Sanki kitabın tez qurtarmasını istəmirdik."
Rahid Ulusel
fəlsəfə elmləri doktoru
"Azad Qaradərəlinin "Kuma-Manıç çökəkliyi" romanını bu kontekstdə belə bir oksimoronla ifadə etmək olar : Yaddaşa doğru, irəli!..
…Roman oxucuya mötərizələr içində nağılçı kimi təqdim olunan Xosrovun dilindən nəql olunur və roman boyu qarşımıza çıxan mötərizələrin içindəki müdaxilələr mətn təhkiyəsinin estetikasından xəbər verir. Bu yolla müəllif həm təğyiri-libas olub özünü mətnə nağılçı kimi daxil edir, həm də yazılanların sadəcə mətn kim oxunması gərəkdiyini nişan verir."
Qismət şair,
esseist.
Amazon kitab rəfi https://www.amazon.com/Petrol-Tarlalar%C4%B1-Azad-Karadereli/dp/6056889238
AZAD GARADERELİ OSTATNIA ZAPAŁKA, łumacz Hijran Aliyeva, Korektor Marek Kurek 2020, ISBN 978-5-4498-5103-1, Książka powstała w inteligentnym systemie wydawniczym Ridero https://www.litres.ru/azad-garadereli/ostatnia-zapalka-opowiesc/chitat-onlayn/
Tehran Əlişanoğlu. Mənim tanıdığım Azad http://yarpaq.az/az/tehran-elisanolu-menim-tandm-azad/test
Rəhim Əliyev. Yazıçılıq yolu http://yarpaq.az/az/rehim-eliyev-yaziciliq-yolu/
Celal İlhan Azad Karaderelinin öyküleri üzerine https://gercekedebiyat.com/haber-detay/azad-karaderelinin-oykuleri-uzerine-celal-ilhan/3104 Arxivləşdirilib 2021-02-08 at the Wayback Machine
Rahid Ulusel Azadlığın Azadı https://www.avanqard.net/index.php?action=static_detail&static_id=55994
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.