Remove ads
From Wikipedia, the free encyclopedia
Azərkosmos — Azərbaycan Respublikasının Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdir.
Azərkosmos | |
---|---|
Azərbaycan Respublikasının Kosmik Agentliyi Azərkosmos | |
Ümumi məlumatlar | |
Təsis tarixi | 3 may 2010 |
Baş qərargahın yeri | Bakı |
Rəhbərlik | |
İdarə heyəti | Saməddin Əsədov |
azercosmos.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Qafqaz regionundakı ilk peyk operatorudur. Tamamilə Azərbaycan dövlətinə məxsusdur.[1] Azerspace-1 telekommunikasiya peyki sayəsində Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Orta Asiya müştərilərinə genişzolaqlı və yayım xidmətləri göstərir.[2] Azersky peyki ilə peyk görüntüləri və geoinformasiya xidmətləri də göstərir.
2008-ci ildə Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması" ilə bağlı bir tapşırıq verdi.[3] Tapşırığın icrası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan) həvalə edildi.
Layihəni reallaşdırmaq üçün nazirlik tərəfindən Beynəlxalq Telekommunikasiya Birliyinə orbital mövqe ayırma prosesi üçün müraciət olundu. Eyni zamanda, 2009-cu ilin avqust ayında Prezident Əliyev Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramının təsdiq edilməsi haqqında sərəncam imzaladı.[4] 2010-cu ilin may ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Malayziyanın peyk operatoru olan Measat Satellite Systems şirkəti arasında ilk telekommunikasiya peykinin Malayziya hökumətinə məxsus 46°Ş orbital mövqeyə çıxarılmasına dair razılaşma əldə edildi. Telekommunikasiya peykinin hazırlanması məqsədilə elan edilmiş tenderin qalibi ABŞ-nin Orbital Sciences Corporation şirkəti, peykin orbitə buraxılması ilə bağlı raketdaşıyıcı şirkətin seçilməsi ilə bağlı tenderin qalibi isə Fransanın Arianespace şirkəti oldu.[5][6]
3 may 2010-cu ildə Azərbaycan Prezidentinin sərəncamına əsasən Azərkosmos ASC yaradılmışdır.[7] 17 oktyabr 2017-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan) tabeliyindən çıxarıldı.[8]
2021-ci ilin aprelin 27-də Prezident İlham Əliyevin fərmanına əsasən, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxs yaradılıb. Agentlik "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, Cəmiyyətin hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.[9]
2021-ci ildə Saməddin Əsədov Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.[10]
2019-cu ilin yanvar-iyun aylarında "Azərkosmos" ASC-nin peyk və telekommunikasiya xidmətlərinin ixracından gəlir 18,6 milyon dollar təşkil edib. "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87,5 faizini təşkil edib. 2019-cu ilin aprel ayında peyk xidmətlərinin ixracından 6 milyon dollar gəlir əldə edilib. "Azərkosmos" tərəfindən 17 ölkəyə, o cümlədən ABŞ, Malayziya, Fransa, Böyük Britaniya, BƏƏ və digər ölkələrə xidmətlər göstərilib.[11]
Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi Abşeronda, Bakı-Şamaxı şossesinin 38-ci km-də yerləşir. Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir adlanan ərazisində yerləşir.[12]
Şirkətin hazırkı peyk şəbəkəsi iki peykdən ibarətdir:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.