From Wikipedia, the free encyclopedia
Azərbaycan Xalqlarının Bərabərlik Partiyası və ya əvvəlki adı ilə Talış Xalq Partiyası (tal. Tolyšə Xəlği Partijə) — Azərbaycanda talış siyasi partiyası.[1][2] 1991-ci ildə təsis edilmiş və 1993-cü ildə ləğv edilmişdir.
Azərbaycan Xalqlarının Bərabərlik Partiyası (Talış Xalq Partiyası) | |
---|---|
Sədri | Hilal Məmmədov |
Qurucu | |
Quruluş tarixi | 1991 |
Dağılma tarixi | 1993 |
Sələfi | Talış Milli Dirçəliş Partiyası (1989) |
İdeologiya |
Talış millətçiliyi |
Talış Xalq Partiyası (TXP) 1989-cu ildə yaradılmış Talış Milli Dirçəliş Partiyasının əsasında təsis edilmişdir. "Talış Milli Dirçəliş Partiyası"nın məqsədi talışların bir millət kimi hüquqlarını qorumaq və uzunmüddətli perspektivdə, konstitusiya ilə tanınacaq Talış-Muxtar Respublikasının yaradılması uğrunda mübarizə aparmaq idi. Belə bir tələbin tarixi əsası Qacar dövləti ilə müharibədən sonra Rusiya imperiyasına birləşdirilənə qədər paytaxtı Lənkəran olan Talış xanlığının mövcudluğu idi.[3][4]
1991-ci ilin payızında Talış Milli Dirçəliş Partiyası yenidən Talış Xalq Partiyasına çevrilmişdir, 1992-ci ilin iyulunda onun təsis qurultayı keçirilmişdir. Qurultayda çıxış edən Azərbaycan Elmlər Akademiyasında fizika-riyaziyyat elmləri namizədi Hilal Məmmədov partiyanın sədri seçilmişdir. Partiya rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və talış xalqının gələcək inkişafını yalnız Azərbaycan dövləti kontekstində nəzərdən keçirdiklərini vurğulamışdılar. Azərbaycan hakimiyyəti partiyanı Talış Xalq Partiyası adı altında qeydiyyatdan keçirməkdən imtina etdiyi üçün onun adı dəyişdirilərək Azərbaycan Xalqlarının Bərabərliyi Partiyası adlandırılmışdır. Onun əsas dəstəkçi bazası intellektual-tələbə mühiti idi. 1993-cü ilin ortalarında bu partiyanın 5 min üzvü var idi.[5] İkinci (fövqəladə) qurultay 28 mart 1993-cü ildə keçirilmişdir.[6] 1993-cü ilin iyununda Talış-Muğan böhranı başlayandan sonra partiyanın qeydiyyatı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilmişdir.[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.