From Wikipedia, the free encyclopedia
Prezident sarayı — Bu binada Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və İşlər İdarəsinin yerləşir.[2]
Prezident sarayı | |
---|---|
Azərbaycan Respublikasının Prezident sarayı[1] | |
Ölkə | Azərbaycan |
Region | Səbail |
Şəhər | Bakı |
Yerləşir | İstiqlaliyyət küçəsi, 19 |
Tikilmə tarixi | 1977 – 1986[1] |
Mərtəbə sayı | 12 |
Memar | Tahir Allahverdiyev |
Azərbaycan Respublikasının Prezident sarayı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və İşlər İdarəsinin yerləşdiyi inzibati binadır. Prezident sarayı əvvəllər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi adlanırdı. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən və Azərbaycan SSR-in institusional strukturları ləğv olunduqdan sonra bu bina ali hakimiyyət iqamətgahı statusunu saxlamış və hakimiyyət orqanlarının yeni adlarına müvafiq olaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası adlanmağa başlamışdır. 2005-ci ildə bu bina özünün yüksək rəmzi mənasını haqlı olaraq vurğulayan yeni ad almışdır – Prezident sarayı.
Bu ad hakimiyyət haqqında ictimai təsəvvürdə baş vermiş irəliləyişi əks etdirirdi. Azərbaycan SSR-də (1920–1991) dövlətin əsas binasının adı – Kommunist Partiyasının Mərkəzi Komitəsi – idarəetmə anlayışlarının əhatə dairəsi ilə əlaqələndirilir və partiya-dövlət vəzifələrinin mexanizmini əks etdirirdi. Hakimiyyət Aparat ilə eyniləşdirilirdi. Bu təsəvvürdə mənfi məna yox idi, çünki hakimiyyət barədə təsəvvür təşkilat, qayda, intizam, mexanizm, paternalizm, sosiallıq kimi konsensus xarakterli dəyərlərə əsaslanırdı. Azərbaycan Respublikasında hakimiyyətin simvolikası və onun dəyərlər məcmusu müəyyən dəyişikliklərə məruz qalmışdır. Lakin bütövlükdə, qəbul edilmiş ad – Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ənənəvi məna yükü daşıyırdı: hakimiyyət, ilk növbədə, sosial həyat formalarının təşkili və bu həyata xas olan proseslərin nizamlanması deməkdir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası adında Prezident, yeni bazar strukturları şəraitində Azərbaycanda dövlətin üzvi islahatlar generatoru kimi ənənəvi rolunu qoruyub saxlayan ali vəzifəli şəxsi kimi təqdim edilirdi.
Yeni ad – Prezident sarayı – özündə başqa mənalar konfiqurasiyası daşıyır. Burada əsas vurğu Prezident hakimiyyətinin yüksək dərəcədə rəmzi məna daşıması — onun sanbalı, suverenliyi, aşkarlığı, legitimliyi, milli identikliyi məsələləri ilə bağlıdır. Yeni ad gerb, himn, bayraq, konstitusiya kimi rəmzi əlamətlərlə bir sırada səslənir. Prezident sarayı, dəyişməklə bərabər, öz baza xarakteristikalarında milliliyi qorunub saxlanmış Azərbaycan dövlətinin təkamül yolunu əks etdirən yeni siyasi dilin nişanəsidir.
Prezident sarayı mərmər və qranit üzlüklü onikimərtəbəli binadır. Prezident sarayının tikilməsinə dair işlər 1977-ci ilin oktyabr ayında Fuad Orucovun (layihənin rəhbəri), Tahir Allahverdiyevin (memar) və Mədət Xələfovun (konstruktor) layihəsini bəyənmiş Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. Sarayın inşasına isə 1978-ci ildə başlanmış, 1986-cı ildə bina istifadəyə verilmişdir. Onun olduğu yer Heydər Əliyevin niyyətlərinə müvafiqdir — burada fiziki yüksəklik hakimiyyətin mənəvi xarakteristikalarını – dövlətə həvalə edilmiş vəzifələrin aliliyini, onların aşkarlığını, hamının gözü qarşısında olmasını təcəssüm etdirir. Binanın memarlıq simasına xas olan sərt sadəlik və möhtəşəmlik Azərbaycan millətinin tarixi inkişaf təcrübəsində iz qoymuş zamanın əlamətləridir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.