Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (qısaldılmış halda — "Azmelsutəsərrüfat" ASC) — "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanı ilə yaradılmışdır.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azmelsutəsərrüfat ASC | |
---|---|
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti | |
Ümumi məlumatlar | |
Tipi | Dövlət müəssisəsi |
Təsis tarixi | 2006 |
Bağlanma səbəbi | birləşdirilmə |
Rəhbərlik | |
Rəhbərlik | Zaur Mikayılov |
mst.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub.
ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.[1]
Haqqında
Azərbaycanda meliorasiya və su təsərrüfatına rəhbərlik məqsədilə 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi yaradılıb, 1921-ci ildə onun adı dəyişdirilərək su təsərrüfatı şöbəsi adlandırılıb. 1925-ci ildə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı idarəsi (Azvodxoz) yaradılmışdır.
O, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, 1993-cü ildən Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi haqqında" 23 noyabr 2004-cü il tarixli fərmanı ilə komitə ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 23 fevral 2006-cı il tarixli 372 nömrəli fərmanı ilə agentliyin bazasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ("Azmelsutəsərrüfat" ASC) yaradılmışdır. O, meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir.
Fəaliyyəti
"Azmelsutəsərrüfat" ASC öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, digər normativ-hüquqi aktlara və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.
"Azmelsutəsərrüfat" ASC hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına malikdir. Cəmiyyətin ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
"Azmelsutəsərrüfat" ASC üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
"Azmelsutəsərrüfat" ASC əsas məqsədi meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Nizamnaməsinə uyğun olaraq respublikada iqtisadiyyatın müxtəlif sahələrini su ilə təmin edir, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edir, suların istifadəsi və mühafizəsinə dövlət nəzarətini təmin edir, meliorasiya olunmuş torpaqlardan şor suların kənarlaşdırılmasını, sel və daşqın sularına qarşı mübarizə tədbirlərini həyata keçirir, yerüstü su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi baş sxemini, hövzə və ərazi sxemlərini müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır, transsərhəd su obyektlərindən istifadəni, meliorasiya və irriqasiya sistemlərinin dövlətlərarası birgə istismarını təmin edir, meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə sifarişçi funksiyalarını həyata keçirir. Cəmiyyət qarşısına qoyulan funksiya və vəzifələrini tabeliyində olan idarə, müəssisə və təşkilatlar vasitəsilə həyata keçirir. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar müvafiq qanunvericiliyə uyğun olaraq yaradıla, yenidən təşkil edilə və ləğv oluna bilər. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatların rəhbərləri həmin idarə, müəssisə və təşkilatların məqsəd və funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar bu Nizamnaməyə əməl etməli, öz fəaliyyətləri barədə Cəmiyyətə hesabat verməli, Cəmiyyət tərəfindən keçirilən tədbirlərdə və Cəmiyyət qarşısında duran vəzifələrin həllində iştirak etməli və qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirməlidirlər.
İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır. İdarə Heyəti qanunvericiliklə və bu Nizamnamə ilə Cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər istisna olmaqla, Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir. İdarə Heyətinin tərkibi 4 nəfərdən — sədr, onun birinci müavini və 2 müavindən ibarətdir. İdarə Heyətinin işinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədr rəhbərlik edir. Sədrin bir birinci müavini və iki müavini Cəmiyyətin sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Baş naziri tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur. Cəmiyyətin sədri aparatının və tabeliyində olan idarə, müəssisə və təşkilatların rəhbər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür.
Rəhbərlik
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı "ASC"-nin hal-hazırda rəhbəri Zaur Mikayılovdur. Sədrin müavinləri Rafiq Aslanov və Zakir Quliyevdir.
Struktur
S/S | İdarə və ya
təşkilatın adı |
1 | Azdövsutəslayihə institutu |
2 | Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi |
3 | Elmi-tədqiqat su problemləri institutu |
4 | Meliorasiya və irriqasiya obyektlərinin qeydiyyatı idarəsi |
5 | Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihənin Həyata Keçirilməsi üzrə İşçi qrup |
6 | Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti |
7 | "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinin həyata keçirilməsi üzrə İşçi qrup |
Suvarma Sistemləri İdarələri | |
1 | Abşeron suvarma sistemləri idarəsi |
2 | Ağdaş suvarma sistemləri idarəsi |
3 | Ağcabədi suvarma sistemləri idarəsi |
4 | Ağstafa suvarma sistemləri idarəsi |
5 | Ağsu suvarma sistemləri idarəsi |
6 | Astara suvarma sistemləri idarəsi |
7 | Balakən suvarma sistemləri idarəsi |
8 | Beyləqan suvarma sistemləri idarəsi |
9 | Bərdə suvarma sistemləri idarəsi |
10 | Biləsuvar suvarma sistemləri idarəsi |
11 | Cəbrayıl suvarma sistemləri idarəsi |
12 | Cəlilabad suvarma sistemləri idarəsi |
13 | Şabran suvarma sistemləri idarəsi |
14 | Füzuli suvarma sistemləri idarəsi |
15 | Goranboy suvarma sistemləri idarəsi |
16 | Göyçay suvarma sistemləri idarəsi |
17 | Göygöl suvarma sistemləri idarəsi |
18 | Hacıqabul suvarma sistemləri idarəsi |
19 | Xaçmaz suvarma sistemləri idarəsi |
20 | Xızı suvarma sistemləri idarəsi |
21 | Xocavənd suvarma sistemləri idarəsi |
22 | İmişli suvarma sistemləri idarəsi |
23 | İsmayıllı suvarma sistemləri idarəsi |
24 | Kəlbəcər suvarma sistemləri idarəsi |
25 | Kürdəmir suvarma sistemləri idarəsi |
26 | Qax suvarma sistemləri idarəsi |
27 | Qazax suvarma sistemləri idarəsi |
28 | Qəbələ suvarma sistemləri idarəsi |
29 | Quba suvarma sistemləri idarəsi |
30 | Qubadlı suvarma sistemləri idarəsi |
31 | Qusar suvarma sistemləri idarəsi |
32 | Laçın suvarma sistemləri idarəsi |
33 | Neftçala suvarma sistemləri idarəsi |
34 | Oğuz suvarma sistemləri idarəsi |
35 | Saatlı suvarma sistemləri idarəsi |
36 | Sabirabad suvarma sistemləri idarəsi |
37 | Salyan suvarma sistemləri idarəsi |
38 | Samux suvarma sistemləri idarəsi |
39 | Siyəzən suvarma sistemləri idarəsi |
40 | Şamaxı suvarma sistemləri idarəsi |
41 | Şəki suvarma sistemləri idarəsi |
42 | Şəmkir suvarma sistemləri idarəsi |
43 | Tərtər suvarma sistemləri idarəsi |
44 | Tovuz suvarma sistemləri idarəsi |
45 | Ucar suvarma sistemləri idarəsi |
46 | Yevlax suvarma sistemləri idarəsi |
47 | Zaqatala suvarma sistemləri idarəsi |
48 | Zəngilan suvarma sistemləri idarəsi |
49 | Zərdab suvarma sistemləri idarəsi |
Kollektorların İstismar İdarələri | |
1 | Baş Mil-Muğan Kollektorunun
istismarı idarəsi |
2 | Baş Şirvan Kollektorunun
istismarı idarəsi |
3 | Mərkəzi Muğan Kollektorunun
istismarı idarəsi |
4 | Mil-Qarabağ və Aşağı Şirvan
Kollektorlarının istismarı idarəsi |
5 | Aşağı Muğan Meliorativ
Sistemlərinin istismarı idarəsi |
Meşə Meliorasiya İdarələri | |
1 | Qarabağ meşə meliorasiya idarəsi |
2 | Mil-Muğan meşə meliorasiya idarəsi |
3 | Şirvan meşə meliorasiya idarəsi |
Su Anbarlarının, Hidroqovşaqların və
Magistral Kanalların İstismar İdarələri | |
1 | Ağstafaçay hidroqovşağının
istismarı idarəsi |
2 | Bəhramtəpə hidroqovşağının
istismarı idarəsi |
3 | Yuxarı Xanbulançay hidroqovşağının
istismarı idarəsi |
4 | Mil-Muğan hidroqovşağının
istismarı idarəsi |
5 | Tərtərçay hidroqovşağının
istismarı idarəsi |
6 | Viləşçay su anbarının istismarı idarəsi |
7 | Əyriçay su anbarının istismarı idarəsi |
8 | Yuxarı Qarabağ kanalının
istismarı idarəsi |
9 | Yuxarı Şirvan kanalının istismarı idarəsi |
10 | Samur-Abşeron kanalının istismarı idarəsi |
11 | Cənubi Muğan kanalının istismarı idarəsi |
12 | Şəmkirçay su anbarı və maşın kanalının
istismarı idarəsi |
13 | Kür-Araz çaylarında bəndlərin
istismarı idarəsi |
Meliorasiya İdarələri | |
1 | Ağcabədi meliorasiya idarəsi |
2 | Sabirabad meliorasiya idarəsi |
3 | Ucar meliorasiya idarəsi |
4 | Beyləqan meliorasiya idarəsi |
Mexaniki Suvarma İdarələri | |
1 | Ağdam mexaniki suvarma idarəsi |
2 | Mollakənd mexaniki suvarma idarəsi |
3 | Pirəzə mexaniki suvarma idarəsi |
4 | Sabirabad mexaniki suvarma idarəsi |
Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarələri | |
1 | Acınohur qış otlaqlarının su təminatı
sistemlərinin istismarı idarəsi |
2 | Bozdağ qış otlaqlarının su təminatı
sistemlərinin istismarı idarəsi |
3 | Ceyrançöl qış otlaqlarının su təminatı
sistemlərinin istismarı idarəsi |
4 | Qobustan qış otlaqlarının su təminatı
sistemlərinin istismarı idarəsi |
5 | Mərkəzi Muğan qış otlaqlarının su
təminatı sistemlərinin istismarı idarəsi |
6 | Pirsaat qış otlaqlarının su təminatı
sistemlərinin istismarı idarəsi |
7 | Şirvan qış otlaqlarının su təminatı
sistemlərinin istismarı idarəsi |
Subartezian Quyularının İstismarı İdarələri | |
1 | Ağcabədi subartezian quyularının
istismarı idarəsi |
2 | Beyləqan subartezian quyularının
istismarı idarəsi |
3 | Bərdə subartezian quyularının
istismarı idarəsi |
4 | Goranboy subartezian quyularının
istismarı idarəsi |
5 | Şəmkir subartezian quyularının
istismarı idarəsi |
6 | Şəki subartezian quyularının
istismarı idarəsi |
7 | Tərtər subartezian quyularının
istismarı idarəsi |
8 | Tovuz subartezian quyularının
istismarı idarəsi |
Melioservis İdarələri | |
1 | Ağdam melioservis idarəsi |
2 | Beyləqan melioservis idarəsi |
3 | Bərdə melioservis idarəsi |
4 | Cəlilabad melioservis idarəsi |
5 | Kürdəmir melioservis idarəsi |
6 | Qazax melioservis idarəsi |
7 | Lənkəran melioservis idarəsi |
8 | Masallı melioservis idarəsi |
9 | Neftçala melioservis idarəsi |
10 | Saatlı melioservis idarəsi |
11 | Sabirabad melioservis idarəsi |
12 | Salyan melioservis idarəsi |
13 | Ucar melioservis idarəsi |
14 | Yevlax melioservis idarəsi |
15 | Zaqatala melioservis idarəsi |
16 | Zərdab melioservis idarəsi |
Zavodlar və İxtisaslaşmış İdarələr | ||
1 | Meliorasiya-mexaniki təmir zavodu | |
2 | Bakı ixtisaslaşdırılmış elektrik avadanlıqlarının təmir-quraşdırma
və sazlama idarəsi |
+ |
3 | Sumqayıt sənaye kombinatı | |
4 | Gəncə ixtisaslaşdırılmış təmir-quraşdırma və sazlama idarəsi | |
5 | Bəhramtəpə dəmirbeton zavodu | |
6 | Texnoloji-istehsalat komplektləşdirmə idarəsi | |
7 | Hidrogeoloji-meliorativ xidmət idarəsi |
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.