From Wikipedia, the free encyclopedia
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı — Bakıda rus dilində fəaliyyət göstərən teatr.
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı | |
---|---|
Ümumi məlumatlar | |
Əvvəlki adları |
|
Əsası qoyulub | 20 dekabr 1920 |
Mükafatları | |
Heyət | |
Direktor | Ədalət Hacıyev |
Bədii rəhbər | Aleksandr Şarovski |
Baş rejissor | Aleksandr Şarovski |
Yerləşməsi | |
40°22′20″ şm. e. 49°50′26″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Azərbaycan |
Ünvan | Bakı, Xaqani 7 |
|
|
rusdrama-az.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir.[1]
1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi.
XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir.
5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır.[2]
Hazırda teatrın səhnəsində dünya klassiklərinin və Azərbaycan yazıçılarının əsərləri səhnələşdirilir. Teatrın repertuarına
Teatrda Hacı Murad Yegizarov, Məbud Məhərrəmov, Lyudmila Duxovnaya kimi tanınmış aktyorlar çalışırlar.
Teatr yalnız böyüklər üçün deyil, uşaqlar üçün də tamaşalar hazırlayır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.