From Wikipedia, the free encyclopedia
"Azərbaycan Arxeologiyası" jurnalı — 1999-cu ildə Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı tərəfindən təsis edilmişdir. Jurnalın baş redaktoru tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadədir. Keçən müddətdə jurnalın 12 sayı çapdan çıxmışdır.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Azərbaycan Arxeologiyası" jurnalının əsas vəzifəsi Azərbaycanda arxeologiya elminin yaranma və inkişaf tarixini, nailiyyətlərini və prespektivlərini işıqlandırmağa yönəldilsə də əhatə dairəsi və istiqamətləri daha geniş və çoxsahəlidir. Jurnalın "Tədqiqatlar", "Maraqlı tapıntılar", "Elm tarixi", "Böyük arxeoloji kəşflər" və digər bölmələrində Azərbaycan və dünya arxeologiyasının mühüm problemləri və yenilikləri daim diqqət mərkəzindədir. Dünya arxeologiyasının tanınmış karifeylərinin böyük elmə əhəmiyyət kəsb edən məqalələrinin jurnalda vaxtaşırı çapı "Azərbaycan Arxeologiyasi" jurnalının yüksək elmi nəzəri istiqamətini müəyyən edən xüsusiyyətlərdəndir. Bu baxımdan dünya şöhrətli arxeoloq-alimlər Burxard Brentes, V. M. Masson, V. İ. Sarianidi, R. M. Munçayev və başqalarını jurnalın ayrı-ayrı saylarında çap olunan məqalələri buna əyani misaldır. Dünyanı bürüyən qloballaşma prosesi şəraitində mədəni irsimizin tarixi köklərinin üzə çıxarılması, qorunub saxlanılması və təbliği məsələləri də "Azərbaycan Arxeologiyası" jurnalının diqqət mərkəzində duran məsələlərdəndir. Bununla əlaqədar jurnalın "İşğal olunmuş abidələr" bölməsi ümdə əhəmiyyət kəsb edir. Məsələ ilə bağlı "Azərbaycan Arxeologiyası" jurnalının hər bir sayında düşmən əlində olan abidələr haqqında geniş ictimaiyyətə xəbərdarlıq prinsiplərinə əsaslanan önəmli məlumatlar verilir. Jurnalın əməli əhəmiyyətə malik bölmələrindən biri də "Tələbələrə kömək" başlığı altındadır. Həmin bölmənin əsas məzmununu gənc nəsildə Azərbaycan və dünya arxeologiyasının qaranlıq məsələləri haqqında geniş təsəvvür yaratmaq amalı təşkil edir.
"Azərbaycan Arxeologiyası" jurnalında çap olunan yazılar təkcə elmi mütəxəssislər üçün yox, geniş elmi ictimaiyyət üçün nəzərdə tutulmuşdur. Hər bir elmi məqalə üçün rus və ingilis dilllərində xüsusi xülasələr verilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.