From Wikipedia, the free encyclopedia
Avtomobil zirehi, tanklar, təyyarələr və gəmilər kimi zirehli döyüş maşınlarında maşın heyətini qəlpə, güllə, döyüş raketi və ya top mərmisi kimi düşmən atışlarından qorumaq üçün istifadə olunan zireh növüdür.
Mülki nəqliyyat vasitələri də zirehli ola bilər. Bu vasitələrə hökumət rəsmiləri (məsələn, prezident limuzinləri), müxbirlər və münaqişə regiy və ya şiddətli cinayətin olduğu yerlərdə mülki şəxslər tərəfindən istifadə edilən zirehli maşınlar daxildir. Mülki zirehli avtomobillər həmçinin, təhlükəsizlik firmaları tərəfindən soyğun və ya yük qaçırma riskini azaltmaq üçün pul və ya qiymətli əşyaları daşımaq üçün də istifadə olunur.
Zireh, nəqliyyat vasitələrini qəsdən həyata keçirilmiş hücumlardan başqa təhdidlərdən qorumaq üçün də istifadə edilə bilər. Bəzi kosmik aparatlar mikrometeoroidlərdən və ya kosmik tullantılardan müdafiə olunmaq üçün xüsusi zirehlə təchiz olunmuşdurlar. Jet mühərrikləri ilə işləyən müasir təyyarələrdə, kompressorun və ya fanın zədələnməsi halında təyyarə korpusunun zədələnməməsi üçün qaz turbin mühərriklərinin ətrafına fan mühafizə və ya qəza mühafizə divarı adlandırılan aramid kompozit kevlardan hazırlanmış xüsusi bir zireh növü quraşdırılmışdır.
Nəqliyyat vasitəsinin dizaynı və təyinatı daşınan zireh miqdarını müəyyənləşdirir. Zireh örtükləri çox vaxt ağır olur və həddindən artıq zireh nəqliyyat vasitəsinin hərəkət qabiliyyətini məhdudlaşdırır. Bu problemi azaltmaq üçün buckypaper və alüminium köpük zireh lövhələrini əhatə edən bəzi yeni materiallar (nanomateriallar) və material kompozisiyaları tədqiq edilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.