From Wikipedia, the free encyclopedia
Avtomatlaşdırma — hər hansı bir işin insan tərəfindən deyil, özü nizamlanan, texniki vasitələrdən istifadə edən və riyazi metodlara əsaslanan proses. Elmi-texniki inqilabın əsas istiqamətlərindən biridir. Avtomatlaşdırmaq – insanın hərəkətlərini şüurluluqdan çıxarıb qeyri-şüuri hərəkətə çevirmək.[1]
Avtomatlaşdırma termini 1947-ci ildən əvvəl işlənməyən, General Motors-un avtomatlaşdırma şöbəsinin əsasını qoyduğu vaxt avtomatik sözündən yaranmışdır. Avtomatlaşdırma hidravlik, pnevmatik, elektikli, elektronik və kompüter sözlərinin daxil olması ilə əsas da birləşməsi ilə yaranmışdır. Müasir zavodlar, təyyarələr və gəmilər kimi mürəkkəb sistemlər adətən bütün bu birləşmiş texnologiyaları istifadə edir.[1]
İnsanın praktiki fəaliyyəti ilə bağlı istənilən predmet, elmi təqdiqat və layihələndirmə prosedurları, rabitə sistemləri, fasiləsiz xarakterli istehsalatlar, maşınqayırma, neft-qaz, faydalı qazıntıların çıxarılması və s. sənaye sahələri avtomatlaşdırma obyekti ola bilər. Avtomatlaşdırma obyektlərinə qoyulan əsas tələblər bu obyektlərdə gedən proseslərə tam nəzarətin və onların idarə edilməsinin mümkünlüyüdür.[2][3]
Avtomatlaşdırma vasitələri iki sinfə-proqram və texniki (aparat) vasitələr altsistemlərinə ayrılır. Proqram vasitələri hər hansı informasiya daşıyıcısında yazılmış ilkin informasiyanın işlənilməsi və ya idarəetmə məqsədlərini yerinə yetirən proqramdır. Bununla yanaşı, xüsusi vasitələrdən də istifadə olunur. Texniki vasitələr sinfinə, əsasən, ilkin çeviricilər və ya avtomatlaşdırma obyektləri ilə bilavasitə əlaqədə olan icra mexanizmləri aiddir. Ən sadə idarə sistemi açılıb qapanma idarəsidir. Məsələn termostat ev məişət əşyası kimi istifadə olunur. Bu avtomatlaşdırmanın bir hissəsi olmasına baxmayaraq onun imkanları ibtidaidir (limitlidir).[2][3]
Avtomatlaşdırma əmək məhsuldarlığını yüksəltməyə, məhsulun keyfiyyətini yaxşılaşdırmağa, idarə etmə proseslərinin optimallaşdırmağa, sağlamlıq üçün təhlükəli istehsallardan insanları qorumağa imkan verir. Avtomatlaşdırmanın ən böyük faydası onun əməyi azaltmasıdır, bu həmçinin enerjini və material istifadəsini azaltmaq üçün və keyfiyyəti, dəqiqliyi və həssaslığı artırmaq üçün istifadə olunur.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.