Remove ads
From Wikipedia, the free encyclopedia
Avropanın monqollar tərəfindən istilası 1235-ci ildə başlayıb.
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
1235-ci ildə Monqol feodallarının xuralı (qurultayı) Qərbə hücum haqqında qərar qəbul etdi. Bu hücuma Cuçi xanın oğlu, Çingiz xanın nəvəsi Batı xan başçılıq edirdi. Onlar 1236-cı ildə Kama bulqarlarını məğlub edib 1237-ci ilin qışında Şimal-Şərqi Rusiya torpaqlarına soxuldular. Qısa müddət ərzində Ryazan (1237), Kolomna, Moskva, Vladimir, Suzdal, Yaroslavl, Tver, Kostroma, Kozelski və digər şəhərləri tutdular. 1238-ci il martın 4-də Siti çayı sahilindəki döyüşdə rus qoşunları məğlub oldu. Beləliklə, Şimal-Şərqi Rusiya torpaqları monqollar tərəfindən tutuldu. Monqollar Novqorodun 100 kilometrliyində dayandılar. Monqollar cənub çöllərinə çəkildilər, iki il burada dincəlib ordularını möhkəmləndirdilər.
1239-cu ildə Batı xan Cənubi Rusiyanı işğal etməyə başladı. 1240-cı ildə monqollar Kiyevi tutdular. Qaliç-Voln knyazlığından keçib Avropaya soxuldular. Polontsk-Minsk, Smolensk, Novqorod-Pskov torpaqlarını tuta bilmədilər. 1242-ci ildə onlar Olomoutsedə çex və macarlara məğlub olub geri qayıtdılar.
Beləliklə, monqollar 1237–1240-cı illərdə rus knyazlıqlarını işğal etdilər. Rusların 240 il monqolların hakimiyyəti altında qalması dövrü başlandı. Uzun müddət ruslar vahid dövlətdə birləşə bilmədilər və Qızıl Orduya bac verdilər. XIV əsrin 2-ci yarısından başlayaraq monqollara qarşı mübarizənin mərkəzi Moskva knyazlığı oldu.
1240-cı ildə monqollar tərəfindən hiylə yolu ilə darmadağın edilən Şimali Qafqazdakı qıpçaqlar Kotyan xanın başçılığı altında Macarıstana getməyə məcbur oldular. İndi də Macarıstanda Kunzaq (Qıpçaqıstan) adlanan ərazi iki inzibati dairəyə — Dunay və Tissa çayları arasında yerləşən Kişikkunzaq (Kiçik Qıpçaqıstan) və Tissa çayının sağ sahilində yerləşən Naqikunzaqa (Böyük Qıpçaqıstan) bölünür. Macar ensiklopediyasında onların XVIII əsrin sonuna qədər öz türk dillərini və muxtariyyətlərini saxladıqları qeyd olunur.
1240-cı ildə Batı xanın Volın və Qalisiyanı işğal edərək, Polşa, Macarıstan və Çexiyaya hücum etməyə hazırlaşdı. Nəticədə bütün Şərqi Avropa monqolların tabeliyinə keçir. Hətta Müqəddəs Roma imperiyasının imperatoru II Fridrix bildirmişdi ki, xan tələb edərsə onun quşçusu olmağa hazırdır. Lakin monqollar Mərkəzi və Qərbi Avropaya getmədilər, Volqa çayı ətrafında Saray-Batı yaxud sadəcə Saray şəhəri salıb burada əyləşdilər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.