Avaci Şəhər Nakahama Minoru Pişik İncəsənəti Muzeyi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Avaci Şəhər Nakahama Minoru Pişik İncəsənəti Muzeyi (淡路市立中浜稔猫美術館, Avaci-şi Nakahama Minoru Neko Bicutsukan?) – Yaponiyanın Hyoqo prefekturasının Avaci şəhərində yerləşən muzey. Muzey rəssam Minoru Nakahama tərəfindən çəkilmiş pişik sumi-elərinə həsr olunmuşdur.
Avaci Şəhər Nakahama Minoru Pişik İncəsənəti Muzeyi | |
---|---|
Açılış tarixi | 15 mart 2000 |
Ölkə | |
Yerləşir | Avaci[d] |
34°32′16″ şm. e. 134°59′35″ ş. u.HGYO | |
nekobijyutsukan.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Minoru Nakahama 1977-ci ildən etibarən mürəkkəblə çəkdiyi pişik rəsmlərindən ibarət sərgilər təşkil edir. O, bu sahə üzrə aparıcı fiqurlardan biri hesab olunur. Muzey 15 mart 2000-ci ildə açılmışdır.[1]
Muzey dünyada incəsənətə həsr olunmuş ilk pişik muzeyidir. Burada Avaci şəhərində doğulmuş rəssam Minoru Nakahama tərəfindən çəkilmiş pişik sumi-eləri sərgilənir. İki mərtəbədən ibarət muzeydə pişikləri təsvir edən 120 rəsm və keramika məmulatı nümayiş etdirilir. Muzeyin kolleksiyasına 7000 pişik təsviri daxildir. Birinci mərtəbədə sərgi "Məhəllə portretləri" adlı 20 metr uzunluğundakı əsər ilə başlayır. Nakahama bu əsərdə məhəlləsindəki pişikləri təsvir etmişdir. İkinci mərtəbədə "Avaci pişiyinin hekayəsi" sərgisi yerləşir. Bu sərgi Tenpyo dövründə Avaci adasına sürgün edilmiş və Akaşi boğazını dəniz donuzunun belində keçməyə çalışan bir pişiyin hekayəsinə həsr olunmuşdur.[2]
Muzeydə dəniz donuzunun üstündə dayanan Koma adlı pişiyi əks etdirən monumental heykəl qoyulmuşdur. Muzey girişinin yanında pişiklərlə əlaqədar Komaçiyo məbədi yerləşir. Muzey binasının interyeri pişik izləri ilə bəzədilmişdir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.