From Wikipedia, the free encyclopedia
Aterinkimilər (lat. Atheriniformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Aterinkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Ranqsız: Acanthomorpha Dəstəüstü: Acanthopterygii Klad: Percomorpha Ranqsız: Ovalentaria Ranqsız: Atherinomorpha Dəstə: Aterinkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Aterina Xəzər dənizinin hər yerində yayılmışdır. Onlar əsasən dənizin sahil zonasında, az duzlu və şirinsu qatında, sürü halında yaşayırlar. Aterinaların səciyyəvi əlamətləri: — İri dişli ağızın, çox iri gözlərin bədən boyu, gümüşü zolağın olmasıdır. Aterinalar çox da böyük olmayan balıqlardır. Bədən uzunluğu 6–13 sm, kütləsi 2,7–13,5 q olur. 2–3 yaşında cinsi yetişkənliyə çatır. Suda temperatur 10–12 °C olduqda kürü verməyə başlayır və bu proses bütün yay aylarında davam edir. Kürülərin səthində sap şəkilli çıxıntılar vardır ki, onların köməyi ilə otlara yapışır, Uzunluğu 4–12 sm olan aterina orta hesabla 360 ədəd kürü verir. Aterina pelagik balıqdır, dənizdə fəsillər üzrə yerdəyişməsi zəif öyrənilmişdir. Müxtəlif orqanizmlərlə — plankton, dib orqanizmləri, həşarat və başqa balıq sürfələri və s. ilə qidalanır. Vətəgə əhəmiyyəti olmayan çoxsaylı balıqdır, xüsusi ovu aparılmır, sahil ov alətləri ilə kilkə ovlayarkən aterina da oraya düşür.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.