From Wikipedia, the free encyclopedia
Atanasio Aqirre (isp. Atanasio de la Cruz Aguirre Aguado 2 iyun 1801 - 28 sentyabr 1875) - Uruqvay dövlət xadimi, Prezident vəzifəsinin icra edən şəxs 1864-1865. Onun ilk siyasi çıxışları 1825-1828-ci illərdə azadlıq hərəkatı dönəmində olur. 1833-1838-ci illərdə isə o, hərbi komisar vəzifəsini icra edir. 1852-ci ildə Böyük müharibədən sonra deputat seçildikdən sonra 1861-ci ildə isə Senata seçilir. 1 mart 1864-ci il prezidentlik səlahiyyətlərinin bitməsi ilə əlaqədar Bernardo Prudensio Berronu əvəz edir. Onun bir illik hakimiyyəti dönəmində ölkədə vətəndaş müharibəsinin girdabına yuvarlanır.
Atanasio Aqirre | |
---|---|
isp. Atanasio de la Cruz Aguirre Aguado | |
1 mart 1864 – 16 fevral 1865 | |
Əvvəlki | Bernardo Berro |
Sonrakı | Tomas Vilyalba Alvin |
Şəxsi məlumatlar | |
Doğum adı | Atanasio de la Cruz Aguirre Aguado |
Doğum tarixi | |
Doğum yeri | Montevideo |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Montevideo |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Uruqvay Kolorado Partiyasının rəhbəri Venansio Flores Braziliya İmperiyasının və Argentina prezidenti Bartolome Mitreın dəstəyi ilə Aqirreyə qarşı çıxır.Aqirre 1864-ci ilin mayında Braziliyanın tələblərini rədd edir. 1864-ci ilin dekabrında Aqirre 1851-ci ildə Braziliya ilə imzalanmış Dostluq və Yardımlaşma haqqındakı müqavilədən rəsmi qaydada imtina edir. Üstəlik III Napoleonun yanına səfir yollayır. Xariçi ölkələrdə özünə arxa axtarır. Ancaq 16 fevral 1865-ci il Braziliya ordusu Montevideonu zəbt edir. Bundan sonra Aqirre prezident səlahiyyətlərini o zaman kı sentın rəhbəri olan Tomas Vilyalbaya təhvil verir. Üç gündən sonra onu Braziliya ordusu devirir. Bu vəzifəni Venansio Flores icra edir. Bu hadisə Paraqvay müharibəsinin başlaması üçün bəhanələrdən biri olur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.