Azərbaycanlı aktrisa From Wikipedia, the free encyclopedia
Atakişiyeva Asya Çingiz qızı (4 fevral 1985, Bakı) — Azərbaycan aktrisası.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Asya Atakişiyeva | |
---|---|
Atakişiyeva Asya Çingiz qızı | |
Doğum tarixi | 4 fevral 1985 (39 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa |
Təhsili |
Asya Çingiz qızı Atakişiyeva Bakı şəhərində doğulub. 7 nömrəli orta məktəbi bitirmiş, 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" fakültəsini bitirib. 2008-ci ildə "Rejissorluq" fakültəsinin magistraturasına daxil olub. 2004-cü ildən Azərbaycan Dövlət Gənclər teatrında aktrisa vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Universitetdə Naibə Rəcəbovadan dərs alıb, 4-cü kursda oxuyanda Hüseynağa müəllimin yanına gəlib ki, orada işləmək istəyir. Rejissorluq üçün müraciət etsə də, aktrisa kimi işə qəbul olunub.
Hüseynağa Atakişiyevin qardaşı qızıdır.
İlk baş rolu Kamal Abdullanın "Kim deyir ki, Simurq quşu yox imiş" tamaşasında olmuşdur. Gənclər teatrı Gənc Tamaşaçılar Teatrına birləşdiriləndən sonra burda əsasən uşaq tamaşalarında oynayıb, əsasən də Nicat Kazımovun tamaşalarında.
İkinci baş rolu isə "Yatmış gözəl" tamaşasında olub. Bu tamaşadan sonra rejissorların gözünə çarpmışdır. Ardınca "Mənim ağ göyərçinim"də Turan, "Mən səni sevirəm"də Nazını oynamış, "Göyçək Fatma" da həmin vaxtların tamaşasıdır.
6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür[1].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.