From Wikipedia, the free encyclopedia
Aslan Mahmud oğlu Rüstəmov (23 sentyabr 1932, Bakı) — Azərbaycanlı rəssam, Azərbaycan Respublikasının əməkdar rəssamı (2021), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
Aslan Rüstəmov | |
---|---|
Doğum tarixi | 23 sentyabr 1932 (92 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | rəssam |
Mükafatları |
Aslan Rüstəmov 23 sentyabr 1932-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Ə. Əzimzadə adına Rəssamlıq məktəbini, Stroqonov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Aslan Rüstəmov 1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Heykəltaraşın iki fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Aslan Rüstəmov Azərbaycanda medal incəsənətinin banilərindən biridir. O, 1979-cu ildə Macarıstanda medal simpoziumunun iştirakçısıdır. Aslan Rüstəmov 1958-ci ildən etibarən Albert Mustafayev və Qorxmaz Sücəddinovla birlikdə "Əjdahanı öldürən Bəhram Gur" fəvvarəsinin layihəsini hazırlamışdır. Heykəltaraş Şamaxıda Seyid Əzim Şirvaninin qranit monumenti, Ulyanovsk və Almaniyada Nəriman Nərimanovun abidəsinin (1977) Bakıda Ukrayna dairəsində yerləşən Heydər Əliyevin abidəsi, Xocalı qurbanlarına ucaldılmış monument, bəstəkar Vasif Adıgözəlovun abidəsinin müəllifidir. Aslan Rüstəmov 1963-cü ildən Beynəlxalq Byennal, simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Onun əsərləri, Moskva, Gürcüstan, Almaniya, İtaliya, Çexoslavakiya,Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.[1][2][3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.