Yaponiya bəstəkarı From Wikipedia, the free encyclopedia
Asey Kobayaşi (小林 亜星, Kobayaşi Asey?, 11 avqust 1932, Hataqaya[d] – 30 may 2021, Tokio) – Yaponiya bəstəkarı və aktyoru. Bəstələdiyi minlərlə televiziya reklamı musiqilərinə və anime mahnılarına tanınır.[1]
Asey Kobayaşi | |
---|---|
yap. 小林亜星 | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 11 avqust 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 30 may 2021 (88 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Uşağı |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktyor, tarento[d], mahnı yazarı[d], bəstəkar, söz yazıçısı[d], seyyu |
Janrlar | anime, reklam musiqisi[d], kayokyoku[d] |
Təhsili | |
remus.dti.ne.jp/~astro/a… |
Asey Kobayaşi 1932-ci ildə Tokio şəhərində doğulmuş və Keyo Universitetindən məzun olmuşdur.[1] Şirkətlərin birində işlədikdən sonra bəstəkar Tadaşi Hattorinin tələbəsi olmuşdur.[2]
1961-ci ildə "Renown" adlı geyim şirkəti üçün bəstələdiyi "Wansaka Musume" adlı cinqldan sonra tanınmışdır. Bundan sonra bir çox şirkət üçün televiziya reklamı musiqisi hazırlamağa davam etmişdir: "Hitachi" ("Konoki nannoki"), "Suntory" ("Yoru ga kuru"), "Meiji" ("Meiji Chelsea no uta") və "Bridgestone" ("Dokomademo iko"). 1975-ci ildə enka müğənnisi Harumi Miyakonun "Kita no yado kara" mahnısının musiqisini bəstələmişdir.[2]
"Himitsu no Akko-chan", "Sally the Witch", "Turn A Gundam", "Science Ninja Team Gatchaman", "Time Patrol Bon", "Wolf Boy Ken", "Japanese Folklore Tales", "Dororon Enma-kun", "Angie Girl", "Asari-chan Ai no Marchen Shōjo", "Hana no Ko Lunlun", "King of Beasts Golion", "Voltus 5" və "Kick no Oni" animeləri üçün mahnılar və musiqilər bəstələmişdir.[3] 1974–1975-ci illərdə Yaponiyada yayımlanmış "Kantaro Terauçinin ailəsi" serialındakı ata obrazını canlandırmış və aktyor kimi də tanınmışdır.[1]
30 may 2021-ci ildə ürək çatışmazlığı səbəbilə Tokioda yerləşən bir xəstəxanada ölmüşdür.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.