From Wikipedia, the free encyclopedia
Asahi Şimbun (yap. 朝日新聞; azərb. "Səhər günəşi") — Yaponiyanın ən qədim və ən böyük gündəlik milli qəzetlərindən biri.
Asahi Şimbun | |
---|---|
| |
Növ | gündəlik qəzet |
Format | Geniş formatlı (40,6 × 54,6 sm)[1] |
Sahibi | Mitiko Murayama, Şoiçi Ueno |
Yaranma tarixi | 25 yanvar 1879 ) |
Siyasi mənsubiyyət | mərkəz-solçu[2][3][4] |
Dil | yapon dili |
Qiymət | 150 ¥, 50 ¥ |
Baş ofis | |
Şəhər | Tokio |
Ölkə | Yaponiya |
Tiraj | 7,960,000 (2010),[5] 6,572,195 (2016)[6] |
ISSN | 1045-5094 |
asahi.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Qəzetin ilk nüsxəsi 1879-cu il yanvarın 25-də Osaka şəhərində buraxılıb. 4 illüstrasiyalı səhifədən ibarət olan ilk nüsxə 1 sen (1/100 yen) dəyərində olub. Qəzetin redaksiyasında 20 nəfər işləyirdi. "Asahi Şimbun"un yaradıcıları Noboru Kimura (sahib), Ryohei Murayama (prezident və naşir) və Tey Çuda (baş redaktor) hesab olunurlar.
Hal-hazırda qəzet ümummilli nəşr hesab olunur və "Mitsui" konserni tərəfindən maliyyələşdirilir. Qəzetin gündüz nəşrinin tirajı 6 mln, gecə nəşrinin tirajı isə 4 mln ədəddir. Səhər nömrələri (saat 14:00-dək) 14 müxtəlif variantda nəşr olunur. Qəzetin nüsxələrinin 66 %-i abunə yolu ilə yayılır. "Asahi Şimbun"un 226 yerli bürosu, 1 mərkəzi bürosu və 61 regional nümayəndəliyi var. Qəzet 14 informasiya agentliklərinin xidmətindən istifadə edir.
"Asahi Şimbun"un ingilis dilində olan 2 layihəsi var. Bunlardan biri yarısı yapon, yarısı ingilis dilində çap olunan "Asahi evening news" qəzetidir.[7]
Qəzetin özünün illik mükafat təqdim edən fondu fəaliyyət göstərir.[8][9] Qəzet "səs-küylü", sensassion başlıqlardan istifadə etmir. "Asahi Şimbun"un parlaq ifadə olunmuş liberal baxışları var. Auditoriyası isə yüksək təhsilli intellektual şəxslərdən və gənclərdən ibarətdir.
Həftənin bazar günləri qəzetin "New York Times Weekly Review" adlı əlavəsi və analitik həftəliyi olan "AERA" dərc olunur. Nəşrlər geniş formatlıdırlar. Reklamlar isə onların 55–60 %-nı təşkil edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.