From Wikipedia, the free encyclopedia
Arzu Xasay qızı Şirinova (d.26.05.1961, Bakı, Azərbaycan) — jurnalist.
Arzu Şirinova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
İxtisası | jurnalist |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Şirinova Arzu Xasay qızı 1961-ci il may ayının 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1978-ci ildə Qubadlı rayonunda orta təhsilini başa vurduqdan sonra babası, mərhum xalq yazışısı Əli Vəliyevin yolunu getmək, jurnalist kimi fəaliyyət göstərmək məqsədilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olmuş və 1985-ci ildə isə ali məktəbi bitirmişdir.
Arzu Şirinova qiyabi təhsil aldığı müddətdə, eyni zamanda, əmək fəaliyyətinə başlamış və Qubadlı rayonunda nəşr olunan "Avanqard" qəzetində işləmişdir. Həmin illərdə "Azərbaycan qadını" jurnalı, "Azərbaycan gəncliyi" və "Bakı" qəzetlərində publisistik məqalələri, oçerkləri və hekayələri dərc olunur. "Olaylar" İnformasiya Agentliyində parlament müxbiri, "7 gün", "Teleskop", "Karvan", "Yeni Zaman", "Hürriyyət" qəzetlərində redaktor vəzifəsində çalışmışdır. Hazırda "Xalq Cəbhəsi" qəzetində redaktor vəzifəsində fəaliyyət göstərir. Arzu Şirinova publisistik, təhlili və köşə yazılarında Azərbaycan dövlətinin milli maraqlarını qoruyan yazılara, işğal altında olan torpaqlarımızın azad edilməsində milli vətənpərvərlik ruhunun yüksəldilməsilə bağlı məqalələrə, Güney Azərbaycan, Azərbaycanın Türk Dünyasında yeri və rolu, ölkəmizin inkişafı, dünyaya inteqrasiyası kimi məqalələrə üstünlük vermişdir.
2011-ci ildə Arzu Şirinovanın müəllifi olduğu "Cənnətin işğalı" adlı kitabı nəşr olunmuşdur.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.