Arxipelaq dənizi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Arxipelaq dənizi (Fin dili Saaristomeri, İsveç dili Skärgårdshavet) — Baltik dənizinin bir hissəsi olub, Botnik körfəzi, Fin körfəzi və Aland dənizi arasında yerləşir və Finlandiyanın ərazi sularına daxildir. Bu dənizdə adalarının sayına görə dünyanın ən geniş arxipelaqlarından biri yerləşir, lakin bu adalar sahəsinə görə çox kiçikdir və bir-birilərinə çox yaxın yerləşmişdir. Orta dərinliyi 23 metrdir
Arxipelaq Dəniz | |
---|---|
fin Saaristomeri, isv. Skärgårdshavet | |
| |
Ümumi məlumatlar | |
Orta dərinliyi | 23 m |
Yerləşməsi | |
60°30′ şm. e. 21°00′ ş. u.HGYO | |
Ölkələr | |
Yerləşməsi | Atlantik okean |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Beynəlxalq hüquqda – arxipelaq-dövləti təşkil edən adaların arasında yerləşən və dənizin digər hissələrindən birbaşa çıxış xətləri ilə ayrılan sular; bu xətlər arxipelaqın ən uzaq adalarının və riflərinin ucqar nöqtələrini birləşdirir. Xətlərin uzunluğu 100 dəniz milindən çox olmamalı və onların ümumi sayının yalnız 3%-i 125 dəniz mili uzunluğunda ola bilər. Xətlərin çəkilməsi zamanı arxipelaqın ümumi konfiqurasiyasının nəzərəçarpan pozulmasına yol verilmir. Xətlər daxilində suyun sahəsi ilə qurunun sahəsi arasında nisbət 1:1-dən 9:1-ə qədər olmalıdır. Arxipelaq sularının hüquqi rejimi BMT-nin Dəniz Hüququna dair Konvensiyası 1982-ci ilə nizamlanır. Arxipelaq sularını müəyyən etmək hüququ arxipelaq-dövlətlərə verilmişdir. Arxipelaq suları arxipelaq-dövlətlərin suverenliyi altındadır. Arxipelaq keçidi, yəni normal gəmiçilik və UA-ların normal uçuşu hüquqları sahilyanı dövlətin müəyyən etdiyi xüsusi dəniz koridorları ilə, yaxud Arxipelaq sularında beynəlxalq gəmiçilik və ya Arxipelaq suları üzərindən beynəlxalq uçuş yolları kimi istifadə olunan adi keçidlərlə həyata keçirilir. Müəyyən olunmuş dəniz koridorları, yaxud adi gəmiçilik yollarından başqa, arxipelaqdan dinc keçid hüququ da fəaliyyət göstərir ki, bu da ərazi sularından ümumi qəbul olunmuş dinc keçiddən fərqlənmir.
Arxipelaq sularının statusu qonşu dövlətlərin maraqları ilə hesablaşmağı nəzərdə tutur: arxipelaq çıxış xətləri sistemi tətbiq olunarkən, digər dövlətin ərazi dənizi açıq dənizdən, yaxud müstəsna iqtisadi zonadan ayrı düşməməlidir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.