From Wikipedia, the free encyclopedia
Aran xalçaları — Qarabağ tipinin yüksək kateqoriyalı xalça növü.
Xalça | |
Aran xalçaları | |
---|---|
Toxunması haqqında məlumatlar | |
Üslubu | Qarabağ xalçaçılıq məktəbi |
Qarabağ tipinə aid olan bu xalçaların istehsalının mərkəzi Bərdə olmuşdur. XIX əsrin II yarısından başlayaraq, bu xalçalar Cəbrayılın xalçaçılıq müəssisələrində də istehsal edilməyə başladı. Haqqında danışılan xalçanın əsil adı – "Ərran"dır. Ərran (Aran) – Azərbaycanın şimal hissəsindən başlayan və Şirvanın cənub-qərb rayonlarını əhatə edən (Kür və Araz çayları arasında) çox geniş bir ərazidir. Tarixi mənbələrdən məlumdur ki, IX–X əsrlərdə Aranın mərkəzi Bərdə şəhəri olmuşdur. Son zamanlar "Aran" xalçaları Cəbrayılın xalçaçılıq müəssisələrində geniş istehsal olunmağa başlandığı üçün onu "Cəbrayıl" adlandırırlar.
"Aran" xalçalarının orta sahəsindəki kompozisiyanın bəzəyi "Qotazlı buta"dan ibarətdir. Bu butalar – əsas elementlər – orta sahədə tək – tük, lakin butalı xalçalar üçün səciyyəvi olan qaydada yerləşdirilmişdir. Butanın arasında quş və müxtəlif formalı elementlərin təsviri verilir.
"Aran" xalçaları müxtəlif formatlarda toxunur. 125X175 formatlı (xalq arasında 5 verşok – 7 verşok xalçalar adlanır) xalçalar digər formatlı xalçalardan daha yaxşı görünür. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 40X40 düyün yerləşdirilir (hər kvadrat metrdə 160.000 düyün). Xovun uzunluğu 7 millimetrdir.
"Aran" xalçaları Qarabağ tipinin yüksək kateqoriyalı xalçaları hesab olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.