From Wikipedia, the free encyclopedia
Aqil Muxtar oğlu Şirinov (28 sentyabr 1979, Kəlbəcər) — Azərbaycan İlahiyyat İnstitutunun rektoru; İlahiyyat üzrə fəlsəfə doktoru, dosent
Aqil Şirinov | |
---|---|
Doğum tarixi | 28 sentyabr 1979 (45 yaş) |
Doğum yeri | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
Aqil Şirinov 1979-cu il sentyabr ayının 28-də Kəlbəcər şəhərində anadan olub[1]. 1985-ci ildə Kəlbəcər şəhər 3 saylı orta məktəbinə daxil olub, 1996-cı ildə Kəlbəcər rayon 12 saylı orta məktəbi bitirib. 1996-cı ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olub, 2001-ci ildə qeyd olunan fakültədən "ilahiyyatçı" və "ərəb dili müəllimi" ixtisasları üzrə məzun olmuşdur. 2001-ci ildə Türkiyə Respublikası Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun magistratura bölməsinə daxil olmuş, 2003-cü ildə "İslam Məzhəbləri Tarixi mənbələrində ifrat meylli məzhəblər və görüşləri (İslam Mezhepleri Tarihi Literatüründe Aşırı Fırkalar ve Görüşleri)" adlı elmi iş mövzusunu müdafiə edərək magistr dərəcəsinə layiq görülüb.
2003-cü ildə eyni institutun doktorantura şöbəsinə daxil olub, 2007-ci ildə "Nəsirəddin Tusinin varlıq və tanrı anlayışı (Nasiruddin Tusi’de Varlık ve Uluhiyyet)" adlı dissertasiya mövzusunu müdafiə edərək ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2008-ci ildən etibarən Bakı Dövlət Universitetin İlahiyyat fakültəsinin "İslam elmləri" kafedrasının saathesabı müəllimi, 2011-ci ildən müəllimi, 2016-cı ildən etibarən isə baş müəllimi vəzifəsində çalışıb. Aqil Şirinov Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsində Fəlsəfə, İslam Məzhəbləri Tarixi, Din sosiologiyası və Din psixologiyası fənlərini tədris edib. Habelə 2015–2017-ci illər ərzində Bakı Dövlət Universitetin Tarix, Folologiya, Jurnalistika, Kitabxanaçılıq və informasiya fakültələrində ümumi fəlsəfə və məntiq, İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsində ingiliscə ümumi fəlsəfə dərslərini aparıb.
Aqil Şirinov 2016–2020-ci illər ərzində Qafqaz Müsəlmanları İdarəsinin "Fətva və moizə" şöbəsinin müdiri vəzifəsində də çalışmışdır. Hal-hazırda Aqil Şirinov Qafqaz Müsəlmanları İdarəsinin elmi-dini şurasının üzvüdür.
Aqil Şirinov 2009–2010-cu illərdə Böyük Britaniyanın Kembric şəhərində Studio Cambridge adlı dil kursunun həm ümumi ingliscə, həm də elmi əsər yazma (Academic writtings) bölmələrini müvəffəqiyyətlə bitirib. O, həmçinin ABŞ Kongres kitabxanasının Açıq Dünya (Open World) proqramının "Dini Dözümlülük" (Religious Toleration) adlı proqramında iştirak etmək hüququ qazanmış və 4–14 may tarixində ABŞ-də olub.
2016-cı ilin iyul ayında ABŞ-nin Çikaqo şəhərində yerləşən və ilahiyyat sahəsində magistratura təhsili verən akademik bir qurum olan "Meadville Lombard Theological School"- un "Dini Multikulturalizm" mövzusuna həsr olunmuş bir aylıq seminar-treyninqinin iştirakçısı olub. Habelə Aqil Şirinov Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Albaniya, Pakistan və Qırğızıstanda multikulturalizm, dinlərarası münasibət və tolerantlıq mövzularına həsr olunmuş müxtəlif konfranslarda iştirak edərək "Azərbaycanın tolerantlıq modeli", "İslam və tolerantlıq", "Azərbaycanın multikultural dəyərləri", kimi mövzularda məruzələrlə çıxış edib. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi çox sayda yerli və beynəlxalq tədbirlərdə iştirak edib, radikalizm, tolerantlıq, multikulturalizm, dini dözümlülük və s. mövzularda məruzələrlə çıxış edib, radikalizmin zərərlərindən bəhs edən "Dini radikalizm və onun fəsadları" adlı bir broşura yazıb.
Fəlsəfə və İslam məzhəbləri tarixi sahəsində çox sayda kitab və məqalə müəllifidir[1]. İngilis, ərəb, fars, rus və türk dillərini bilən Aqil Şirinovun 6 kitabı (biri müəllif digərləri həmmüəllif), 2-si xaricdə olmaqla 20-dən çox məqaləsi, ikisi xaricdə olmaqla 8 tezisi nəşr olunub. Ərəb, ingilis, fars və türk dillərindən və bu dillərə bir çox elmi məqalələri tərcümə edən Aqil Şirinov eyni zamanda fəlsəfə, tarix və dinlə əlaqəli bir çox beynəlxalq və yerli simpozium və konfranslarda elmi məruzələrlə çıxış edib.
Şirinov Aqil Muxtar oğlu 09.03.2018-ci il tarixində elmlər doktoru proqramı üzrə dissertantlıq yolu ilə 7214.01 – "Dinin tarixi və fəlsəfəsi" ixtisası üzrə doktoranturaya qəbul olub. "Təşkilatlanma və təbliğat metodları baxımından Yaxın şərqdəki radikal dini qruplar" mövzusunda dissertasiya işi üzərində çalışır.
13 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin əmri ilə Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib[1].
12 may 2020-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilmişdir.[2]
Aqil Şirinov 2020-ci ilin sentyabr ayında Avropa Şurası "Mədəniyyətlərarası İnteqrasiya İşçi Qrupu"nun (Working Group on Intercultural Integration) Azərbaycan üzrə təmsilçisi seçilmişdir.[3]
"Metafizika" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının təsis edildiyi gündən onun Redaksiya Heyətinin üzvüdür.[4]
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.