Anton Çexovun büstü (Taqanroq)
From Wikipedia, the free encyclopedia
Remove ads
Anton Çexovun büstü — Anton Pavloviç Çexovun şərəfinə ucaldılmış büst. Abidə 1935-ci ildə Vera Qeorqiyevna Morozova tərəfindən hazırlanmışdır. Bu abidə Anton Çexovun şərəfinə SSRİ ərazisində ucaldılmış ilk abidədir.[1]
Remove ads
Büst
Büst gipsdən hazırlanmışdır. Onun hündürlüyü 104 sm-dir. Büstün altlığı suvaqla üzlənmiş kərpiçdən ibarətdir və hündürlüyü 104 sm-dir.
Tarixi
Büst üzərində işləyən Vera Qeorqievna Morozova əri ilə birlikdə 1931-ci ildə Taqanroqa gəlmişdir. Əri Aleksadr Platonoviç Morrioson yerli Taqanroqskaya pravda qəzetində redaktor təyin edilmişdir.[2] Morozova heykəltaraş olsa da bu sahə ilə bağlı heç bir təhsil almamışdır.
Aleksandr Morrioson Taqanroqda Anton Çexovun yubileyi ilə bağlı bir çox tədbirlərə rəhbərlik etmişdir. Anton Çexovun 75 illiyinin qeyd edilməsi məqsədilə Morrioson Moskvaya getməli olmuşdur.[3]
Büst üzərində işlər iki il davam etmişdir (1933–1935). Büst gildən hazırlanmışdı. Gildən istifadə edilərək gipsdən tökülmüşdür. A. P. Çexovun büstü onun yübleyinə tam hazır olmuşdur.
Remove ads
Açılışı
Abidənin açılışı 1935-ci ildə, A. P. Çexovun 75 illik yubleyi şərəfinə ucaldılmışdır. Abidənin açılışında Mariya Pavlovna Çexova, Olqa Çexov, Aleksandr Leonidoviç Vişnevski, Alla Konstantinovna Torosovna, Valentin Petroviç Kataev və b. iştirak etmişdir[4].
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads