From Wikipedia, the free encyclopedia
Anaa (fr. Anaa) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Taitidən 350 km şərqdədir.
Anaa adası | |
---|---|
fr. Anaa | |
Ümumi məlumatlar | |
Sahəsi | 38 km² |
Hündür nöqtəsi | 11 m |
Əhalisi | 461 nəfər (2007-ci il) |
Yerləşməsi | |
17°23′ c. e. 145°30′ q. u.HGYO | |
Ölkə | Fransa Polineziyası |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yuvarlaq fornaya malikdir və 11 adacıqdan ibarətdir. Uzunluğu 29,5 km, eni isə 6,5 km təşkil edir. Atollun sahəsi 38 km²-dir. Daxilində laqun vardır.
Tahanea ilk dəfə 1769-cu ildə ingilis dənizçisi Ceyms Kuk tərəfindən kəşf edilmişdir. XIX əsrin əvvəllərindən Pomare sülaləsinin idarəsi altında olmuşdur. 1850-ci illərdə burada kopra hazırlamaq və mirvari toplamaq inkişaf etməyə başlayır. 1878-ci ildəki siklona qədər Tuamota arxipelaqının mərkəzi Anaada yerləşirdi. XIX əsrdə adanın əhalisi 2 min nəfərə çatırdı. Ancaq mormonlar və katolik misionerlərdə toqquşmalar nəticəsində əhalisinin sayında azalma baş vermişdir.
İnzibati baxımından Anaa, Faaite, Motutunqa və Tahanea atolları birlikdə Anaa kommunasını əmələ gətirir. Oda Tuatomu-Qambe inzibati bölgüsünə daxildir.
2007-ci il məlumatına görə adada 461 nəfər yaşayır. Yeganə yaşayış məntəqəsi — Tukuhora
Əhalinin əsas məşquliyyəti balıqçılıq, kopra istehsalı, mirvari toplamaqdır.
Adada tez-tez fırtınalar baş verir. Ən güclü fırtınalar 1878 (bundan sonra paytaxt Fakaravaya köçürülür) və 1906-cı illərdə baş vermişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.