Alxanlı (Füzuli)

Füzuli rayonunda kənd From Wikipedia, the free encyclopedia

Remove ads

AlxanlıAzərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kənd inzibati ərazi dairəsində kənd.[2]

Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...
Remove ads
Remove ads

Tarixi

Kənd XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xanın Naxçıvandan köçürüb gətirdiyi əhalinin məskunlaşmasından yaranmışdır. Alıkan Naxçıvanda Kəngər elinin qollarından biridir. Bu qolun adı isə erkən orta əsrlərdə Cənub-şərqi Avropa və Şimali Qafqaz çöllərində yaşamış qədim türkmənşəli xəzərlərin Alıxan tayfasının adıdır.

1993-cü ilin avqust ayından 1994-cü ilin yanvar ayınadək erməni işğalçılarının zəbti altında olan Füzuli rayonunun Alxanlı kəndi işğaldan azad edildikdən sonra uzun müddət baxımsız qalıb. Çünki ermənilər həmin yaşayış məntəqəsindəki bütün evləri və obyektləri talan edərək viran qoymuşdu.

1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla[3] ayrıca Füzuli rayonunun Alxanlı bələdiyyəsi təşkil edilib, onun ilk Nizamnaməsi Bələdiyyənin 15.01.2000-ci il tarixli 01 nömrəli Protokolunda təsbit eidlmiş Qərarı ilə, ikinci Nizamnaməsi 28.08.2020-ci il tarixli 07 nömrəli Protokolunda təsbit eidlmiş Qərarı ilə qəbul edilmişdir[4].

Bu Bələdiyyə 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[5] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[6] uyğun olaraq, həmin Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

2020-ci ildən Füzuli RİH-in və aidiyyəti qurumların maliyyə yardımı ilə adıçəkilən kənddəki dağıdılmış evlərin bərpasına başlanılıb. Bu günədək dövlət büdcəsi hesabına 300 ev bərpa olunub, 176 evin tam bərpasına və 96 evin bir hissəsinin təmirinə sifariş verilib. Məlumatda həmçinin qeyd olunub ki, işğaldan əvvəl Alxanlıda yaşayan 712 ailədən 582-si artıq doğma ata-baba yurdlarına qayıdıblar. Dağılmış evlərin bərpasından sonra yerdə qalan digər ailələrin də kəndə qayıdacağı gözlənilir.

Remove ads

Füzuli rayonunun Alxanlı bələdiyyəsi

Füzuli rayonunun Alxanlı bələdiyyəsinin Nizmanaməsinin[7] 1.5-ci bəndinə əsasən Alxanlı kəndi bu Bələdiyyənin (vergi kodu: 7501, statistika kodu: 60624007[8]) mərkəzidir. Həmin Bələdiyyənin ərazi hüquqlarına yalnız Alxanlı kənd inzibati ərazi dairəsində yerləşən Alxanlı kəndi mövcuddur.

Bələdiyyə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[9] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvüdür.

"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[10] uyğun olaraq, bu Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.

Remove ads

Toponimikası

Alxanlı oyk, düz. Köndələnçayın sol sahilində, Mil düzündədir. Tədqiqatçıların əksəriyyəti bu oykonimi alıxanlı etnonimi ilə əlaqələndirir və belə bir məlumata istinad edirlər ki, kəndi XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın Naxçıvandan Qarabağa köçürdüyü kəngərlilərin alıxanlı tirəsi salmışdır. Lakin nəzərə almaq lazımdırki, alxan sözü Azərbaycan dilinin qərb qrupu dialektlərində "köndələn qazılmış xəndək yeri" deməkdir. Kəndin Köndələn çayının sahilində yerləşdiyini nəzərə alsaq, bu oykonimi "Köndələnçayın axdığı kənd" kimi izah etmək olar. Çeçenistanda XVIII əsrlərdə alanların yaşayış məskəni olan Alxanqala yer adı və Alxançurt dağ adı da "köndələn" mənasında izah olunur.[11]

Əhalisi

Hal-hazırda əhalinin sayı kənddə 2100 nəfər təşkil edir. Kəndin əhalisi tamamilə azərbaycanlılardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2914 nəfər əhali yaşayır.[12]

İqtisadiyyatı

Azərbaycanda yerləşən bir çox kəndlər kimi Alxanlı kəndinin də əhalisi əsasən əkinçiliklə məşğul olur. Lakin kəndin ərazisinin cəbhə xəttinin bir neçə yüz metrliyində yerləşməsi həmin ərazilərdə təsərrüfat işlərinin görülməsinə mane olur. Belə ki, Ermənistan hərbçiləri dinc sakinləri mütəmadi olaraq atəş altında saxlayır. Alxanlı kəndinin ərazisində 5 min hektardan əkin üçün yararlı torpaq sahəsi olsa da, bu əkin sahələrinin cəmi 2 min hektarından kənd sakinləri istifadə edirlər. Ermənilər 2006-cı ildən etibarən kəndə gələn su kanallarının qarşısını kəsdiyi üçün sakinlər əkinçiliyi yalnız dəmyə üsuslu ilə aparırlar. Ancaq vəziyyətdən çıxış yolu kimi ərazidə bir neçə su artezian quyusu qazılıb. Lakin bu su quyuları azlıq təşkil edir.

Remove ads

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

Loading content...
Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads