From Wikipedia, the free encyclopedia
Gülmalıyev Alim Cəfər oğlu (Alim Dərələyəzli) (18 may 1953, Kirovabad) — azərbaycanlı şair publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, "Dərələyəz" qəzetinin redaktoru.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Alim Dərələyəzli | |
---|---|
Alim Cəfər oğlu Gülmalıyev | |
Doğum adı | Alim Gülmalıyev |
Doğum tarixi | |
Doğum yeri |
Gəncə Azərbaycan SSR |
Fəaliyyəti | şair |
Alim Dərələyəzli 18 may 1953-cü ildə Azərbaycanın qədim və tarixi bir şəhəri olan Gəncə şəhərində dünyaya gəlib. Ailəsi 1956-cı ildə ata-baba yurdu Dərələyəz mahalına köçüb. Uşaq ikən anasından uzaq düşüb. 8 illik məktəbi doğma Qalaxlı kəndində bitirib. 1969-cu ildə Gəncəyə gəlib. 27 saylı Texniki Peşə məktəbində mantyor vəzifəsinə yiyələnib. Eyni zamanda 8 saylı Fəhlə-Gənclər məktəbində orta təhsil alıb. 1972-ci ildə məktəbi bitirib, yenidən Dərələyəz mahalına qayıdıb. Bir müddət Arpa-Sevan tunelində çalışıb. 1973-cü ildə hərbi xidmətə yollanıb. 1973–1975-ci illərdə İrkutsk şəhərində hərbi xidmətdə olub. 1975-ci ildə xidməti başa vurub Kemerovo şəhərinə yollanıb. Həmin il Dağ-mədən texnikumuna daxil olub və 1978-ci ildə texnikumu bitirib. 1978-ci ilin payızında xəstəliyi ilə əlaqədər Mingəçevir şəhərinə gəlib. O vaxtdan dövrü mətbuatda şerləri çap olunur. Ədəbi yaradıcılığa 1980-ci ildən başlayıb. Şerləri, təmsilləri yerli və Respublika qəzet və jurnallarında müntəzəm dərc olunub. "Mingəçevir işıqları", "Azərbaycan işıqları", "Səda", "Kirovabad kommunisti", "Nizami yurdu", "Yevlağın təşəbbüsü" qəzetində şerləri işıq üzü görüb. "Kür" Ədəbi Birliyinin üzvü olub. 1990-cı ildə "Boz-Dağ" Ədəbi Birliyinin sədri seçilib. 1995-ci ildə Bakı şəhərinə köçüb. 1996–1997-ci illərdə "Aydınlıq" qəzetinin bölgə müxbiri vəzifəsində çalışıb. 1997–1998-ci illərdə "Həmrəylik" qəzetində redaktor olub. Yazıları "Respublika", "Xalq" qəzetində dərc edilib. O dövrlərdə dövlət televiziyasında radio verlişləri hazırlayıb. İlk kitabı — "Qəlbimin dağ boyda qəmi" 1992-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb. "Qaramanlı Qamboy Ağa", "Qeyrət qalası", "Dərələyəzim — dərdim mənim", "Mingəçevir şahinləri" kitablarının müəllifidir. Bir neçə almanaxda şeirləri və bayatıları çap olunub. Əksər əsərləri qəhrəmanlıq mövzusu üzərində qurulub.
Ailəlidir. İki övladı var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.