Remove ads
orta təhsildən sonrakı təhsili almaq yeri From Wikipedia, the free encyclopedia
Ali təhsil müəssisəsi — 1)ümumi təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil müəssisəsi; 2)xalq təsərrüfatının, elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislər, elmi və pedaqoji kadrlar hazırlayan, ali və orta ixtisas məktəbləri müəllimlərinin, xalq təsərrüfatı mütəxəssislərinin ixtisasını təkmilləşdirən, nəzəri və tətbiqi xarakterli elmi iş aparılan təhsil müəssisəsi; 3)Azərbaycan Respublikası qanunvericiliyi ilə əsaslandırılan, fəaliyyət göstərən və hüquqi şəxs statusuna malik olan təhsil müəssisəsi. Təhsil müddəti 4-7 ildir.[1]
Ali təhsil müəssisəsi cəmiyyətin tələbatına uyğun yüksək ixtisaslı mütəxəssislər hazırlığı ilə məşğul olan təhsil müəssisəsinin yüksək tipi, fasiləsiz təhsilin mühüm bir həlqəsidir. Ali təhsil müəssisələrinin müxtəlif növləri fəaliyyət göstərir: universitetlər, institutlar, akademiyalar, konservatoriyalar və digər ali təhsil müəssisələri bu qəbilədəndir. Ali təhsil müəssisəsinin səmərəli fəaliyyət göstərməsi ona düzgün rəhbərlikdən, təhsil-tərbiyə prosesinin elmi-pedaqoji əsaslarda idarə edilməsindən çox asılıdır. Ali təhsil müəssisəsinin "idarə edilməsi" və "ona rəhbərlik" bir-biri ilə sıx bağlı anlayışlardır. İdarəetmə dedikdə, müəyyən obyektə (məktəbə, pedaqoji kollektivə) məqsədyönlü, planlı, mütəşəkkil təsirləri təmin edən fəaliyyət başa düşülür. İdaəretmə obyektləri şəxsiyyət və ya kollektiv olduqda idarəetmə rəhbərlik forması kəsb edir. Başqa sözlə, rəhbərlik bilavasitə insanlarla işdə idarəetmə vəzifələrini həyata keçirməklə bağlı səmərəli fəaliyyət növüdür. Bu halda idarəetmə subyektləri və obyektləri ümumi məqsəd naminə şüurlu şəkildə qarşılıqlı fəaliyyət göstərir. Rəhbərlik bir-birinə zidd iki üslubda - avtoritar və demokratik üslublarda həyata keçirilir. Demokratik rəhbərlik daha səmərəli olub, kollektivdə normal iş şəraiti, insani münasibətlər, sağlam mənəvi-psixoloji iqlim yaratmağa imkan verir. Rəhbərliyin yüksək forması kollektiv rəhbərlik hesab olunur. Çünki bir şəxsin (rəhbərin) iradəsindən asılı olan rəhbərlik zamanı subyektivizm halları özünü göstərir. Kollektiv rəhbərlikdə isə belə hallar xeyli məhdudlaşır və ya tam aradan qalxır. Həm də bu halda kollektiv qərar qəbulunda iştirak edən adamlarda məsuliyyət hissi yüksək olur. Ali təhsil müəssisəsinə rəhbərlik mövcud qanunvericiliyə və müvafiq dövlət sənədlərinə əsaslanır:
Ali təhsil müəssisəsin' rəhbərlik müəyyən prinsiplərə əsaslanır. Həmin prinsiplər aşağıdakılardan ibaətdir:
Ali təhsil müəssisəsinə rəhbərlik prosesində göstərilən prinsiplərə vəhdətdə, hən də dəqiq əməl etmək vacibdir. Əks halda rəhbərlik və idarəetmə sahəsində yüksək səmərə və keyfiyyət əldə etmək çətindir.
Ali təhsil müəssisəsinin özünəməxsus strukturu, idarəetmə və rəhbərlik sistemi vardır. İdaretmə sistemi iki yarımsistemi əhatə edir: idarəedən və idarəolunan sistemlər. İdarəetmə sistemi dedikdə, ali təhsil müəssisəsi rəhbərliyi, onun struktur bölmələri, kollegial orqanlar, professor-müəllim və xidməti heyəti nəzərdə tutulur. İdarəolunan sistemə tələbələr, onların təşkilat və birlikləri, habelə müəllim və xidməti heyət daxildir. Ali təhsil müəssisəsinin idarə edilməsi oradakı çoxcəhətli münasibətləri, tədris-tərbiyə, elmi-metodik, təşkilati və təsərrüfat fəaliyyətlərini məqsədyönlü şəkildə tənzim etməkdə ifadə olunur. Ali təhsil müəssisəsi rəhbərliyi inzibati və kollegial orqanlardan ibarətdir. İnzibati rəhbərliyi ali təhsil müəssisəsi səviyyəsində rektor, prorektorlar? habelə idarə, şöbə və bölmə rəhbərləri, fakültə səviyyəsində dekan və onun müavinləri, dekanlığın işçiləri həyata keçirir. Ali təhsil müəssisəsinin kollegial orqanlarına rektorluq, ali məktəbin elmi şurası, elmi-metodik şura, fakültə elmi şuraları və elmi-metodik şuralar daxildir. Ali təhsil müəssisəsində bir çox struktur bölmələr fəaliyyət göstərir. Onlara aşağıdakılar daxildir: tədris hissəsi, magistratura və doktorantura şöbəsi, elmi-tədqiqat bölməsi, kadrlar şöbəsi, hüquq şöbəsi, istehsalat və pedaqoji təcrübə rəhbəri, arxiv şöbəsi, nəşriyyat, qəzet redaksiyası, elmi kitabxana və s. Bunlardan əlavə ali təhsil müəssisəsində ümumi şöbə, dəftərxana, mühasibatlıq, elmi-tədqiqat istitut və laboratoriyaları, fənn kabinetləri, telefon qovşağı, səhiyyə məntəqəsi, yeməkxana və bufetlər, mühafizə xidməti fəaliyyət göstərir. Bütün bu strukturlar Ali təhsil müəssisəsinin ümumi fəaliyyətinin həyata keçirilməsinə, mütəxəssis hazırlığına bu və ya digər dərəcədə xidmət göstərir. Onların hər birinin öz sahəsində yaxşı çalışması ümumi məqsəd baxımından mühüm əhəmiyyət kəsb edirş.
Ali təhsil müəssisəsinə rektor rəhbərlik edir. Rektor ali təhsil müəssisəsinin bütün sahələri üçün dövlət qarşısında məsuliyyət daşıyır. Rektor tanınmış, nüfuzlu alim, böyük şəxsiyyət, bacarıqlı pedaqoq, baş tərbiyəçi və baş təşkilatçı kimi ali məktəb həyatında böyük rol oynayır. O, əmək qanunvericiliyinə uyğun olaraq kadrların seçilməsi və yerləşdirilməsini həyata keçirir, ali təhsil müəssisəsinin və fakültələrin elmi şuralarında müsabiqə yolu ilə seçilmiş professor-müəllim heyətini əmrlə təsdiq edir. Rektor işçiləri yaxşı tanıdıqda, onlara hörmət və tələbkarlıqla yanaşdıqda, təşəbbüsləri həvəsləndirdikdə, məktəbin bütün sahələrində işlərin uğurlu getməsi üçün, kollektivdə müsbət mənəvi-psixoloji iqlimin yaranması və hər bir işçinin daha məhsuldar işləməsi üçün əlverişli şərait yaratmış olur. Rektorun işinin səmərəsi həm də onun yüksək elmi, pedaqoji-psixoloji səriştəyə malik olmasından, işgüzarlığından, təşkilatçılığından, şəxsi keyfiyyətlərindən, xüsusən müdrik, ədalətli, obyektiv, xeyirxah, mədəni, alicənab bir şəxsiyyət olmasından asılıdır. Belə rektor insanlara-tabeçiliyində olan müəllim və tələbələrə, tədris-köməkçi heyətə diqqət və qayğı ilə yanaşır, bəzən də güzəştə gedir, imkan daxilində kömək edir, eyni zamanda tələbkarlıq və prinsipiallıq göstərir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.