From Wikipedia, the free encyclopedia
Aleksitimiya — hisslərinə ad qoya bilməmək, hisslərinin nə olduğunun fərqinə varmamaqdır. Başqa cür buna duyğusal korluq da deyilir. Empatiyanın əksidir.
İçində nə kədər, nə də başqa bir duyğu daşımayan bu insanlar duyğularını düşüncələrindən ayırd edə bilmirlər. Bunu ətraf cəmiyyət normal qəbul etsə də, əslində normal bir hadisə deyil. Aleksitimiya ən asan şəkildə duyğularını tanıma, ayırd və ifadə etmə çətinliyi də adlanır. Aleksitimiklər öz duyğularından əlavə olaraq, başqa insanların da duyğularını başa düşmürlər. Bu bir xəstəlik olaraq deyil, çatışmazlıq olaraq qəbul edilir.
Aleksitimiklər günlük həyatlarında düşünə bilən, başqalarına başa sala bilən, münasibətlər qura bilən insanlardır, Ancaq duyğu və düşüncələri arasında əlaqə qurub ayırd edə bilməkdə çətinlik çəkirlər. Zəki olurlar ancaq bu zəkalarını daha çox duyğularından qaçmaq üçün istifadə edirlər. Yəni zəkasına heyran qaldığınız bəzi insanların sosial tərəflərinin pis olmasına səbəblərdən biri də budur: duyğularını anlamamaq, tanımamaq, ifadə edə bilməmək. Duyğularını düşüncələri olaraq qəbul edirlər.
Aleksitimik şəxslərin xüsusiyyətləri 4 əsasda toplanır:
1) Duyğuları hiss etmək və ifadə etməkdə çətinlik çəkmək
Duyğularını çox kobud şəkildə "rahat olmaq və narahat olmaq" kimi bəsit kəlimələrlə ifadə edə bilirlər. Onlara nə hiss etdiklərini soruşduqda isə sanki bu sözün nə mənaya gəldiyini bilmirlər. Tez-tez bədənlərindəki şikayətlərdən danışırlar. Duyğusal həyatlarındakı problem bəzən duruşlarındakı donuqluq və duyğularının üzlərindən anlaşılmamasında da özünü bəlli edir. Aleksitimik insanlara yaşadıqları pis bir hadisə əsnasında nələr hiss etdikləri soruşulduqda, o anda nələr düşündüklərini, nə etmək və nə demək istədiklərini ətraflı bir şəkildə danışırlar. Duyğularını təkidlə soruşduqda isə nə zaman duyğularını, nə zaman düşüncələrini danışacaqlarını bilmirlər.
2) Xəyal qurmaqda çətinlik çəkmək
Nadir hallarda da olsa, xəyal qursalar belə bunu bir zaman itkisi olaraq qəbul edirlər. Qurduqları xəyallar adətən gerçəklikdən uzaqlaşmadan, quru və rəngsiz xəyallar olur. Hətta bəzi deyimlərə görə onlar heç yuxu görmürlər və yetişkin həyatlarında heç xəyal qurmurlar.
3) Operativ düşünmək
Öz iç dünyalarından uzaq, son dərəcə sadə, robot kimi bir həyatları olur. Problemlərin dərininə getməkdənsə, üzdəki səbəblərlə maraqlanmağı seçirlər. Aleksitimiklərin bu hərəkətləri ətrafla olan münasibətlərə də təsir edir. Qarşılaşdıqları problemləri ən qısa yolla həll edirlər və eyni problemi təkrar yaşamamaq üçün tədbirlər alırlar. Bu da ətrafdakı insanlar tərəfindən normal qəbul edildiyinə görə hər kəs tərəfindən sevilirlər.
4) Ətrafa ayaq uydurmaq
Daha çox çölə açıq bir xasiyyətləri olur. Çünki ətrafa ayaq uydurmaq düşüncəsi içində olurlar. Bu da ətraf tərəfindən sevilir və normal qarşılanır, Amma bu vəziyyətə "yalançı normallıq" deyilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.