From Wikipedia, the free encyclopedia
Albinizm (lat. albus - ağ) – anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır. Nadir rast gəlinən və insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir. Belə insanlar (və ya digər canlılar) dərisi ağ rəngli olmaqla, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə “albinos” adlanır. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir.
Molekulyar səbəbləri hipofizin orta payının melanosit stimuləedici hormon (MSH) və dəridə melanositlərin, hansı ki, dəriyə rəng verən piqmenti-melanini əmələ gətirirlər, funksiyasını yerinə yetirə bilməməsi, funksional çatışmazlığıdır.
Avropada hər 20.000-dən biri, dünyada isə hər 17.000 insandan biri ağ dərili, ağ saçlı, qırmızı gözlü albinoslardır[mənbə göstərin] . Ən çox albinos Nigeriyada olub, hər 3000 adamdan biri albinosdur[mənbə göstərin] . Albinizm irsidir və müalicəsi yoxdur. Bəzi mülahizələrə görə albinizm gendə olan mutasiya ilə bağlıdır. Albinosların gözləri zəif və işığa həssas olur. Rəngi isə geyimlərinin rənginə görə, dəyişir[mənbə göstərin] . Eyni zamanda onlar dəri xərçənginə meyillidirlər. Sağlamlıq, intellekt və yaşam müddətinə görə, digər insanlardan fərqlənmirlər.
Bəzi ölkələrdə albinoslar aşkar ayrıseçkiliyə məruz qalırlar. Tanzaniyada albinosları dini mərasimlərdə öldürürlər. Hesab edirlər ki, onların daxili orqanları bəzi xəstəliklərin aradan qaldırılmasına və cadugərliyə kömək edir.
Albinizmə heyvanlar arasında da rast gəlinir. On min heyvandan birinin albinos olduğu təxmin olunur[mənbə göstərin] .
İnsanlarda iki cür albinizm mövcuddur: göz, dəri və saç rənginə təsir edən növ və sadəcə gözə təsir edən növü.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.