From Wikipedia, the free encyclopedia
Akromeqaliya – hipofizin boy hormonunun və ya somatotrop hormonunun artmış sekresiyası təsirindən əl, ayaq, çənə, daxili orqanlar və bədənin digər hissələrinin ölçüsünün böyüməsi ilə müşayiət olunan endokrin xəstəliyi. Akromeqaliyada təxminən bütün hallarda hipofizin adenoması olur. Əhalinin 1 milyon nəfərinə ildə 3,3–4,5 Akromeqaliya ilə xəstələnmə düşür. Akromeqaliya, əsasən, 20–40 yaşlarında, ən çox qadınlarda, uşaqlarda isə təsadüfi hallarda qeyd edilir. Xəstəliyin kliniki əlamətləri tədricən inkişaf edir: ilk əlamətlərin meydana çıxmasından diaqnozun qoyulmasına qədər 8–10 il keçir. Akromeqaliyalı xəstələri ümumi zəiflik, əmək qabiliyyətinin azalması, çox tərləmə, başağrısı, əzginlik narahat edir. Xəstədə qaşüstu qövslərin, almacıq və çənə sümüklərinin böyüməsi hesabına üz cizgilərinin kobudlaşması, əllərin və ayaqların böyüməsi, tüklərin yoğunlaşması, dərinin qalınlaşması baş verir, dil və dişlərin arası böyüyür. Akromeqaliyanın diaqnostikası həmçinin STH-nin sekresiyasının və qan zərdabında insulinəbənzər boy-1 amilinin təyininə əsaslanır.
Müalicəsi: STH-nin artmış sekresiyasının aradan qaldırılması, klinik əlamətlərin azaldılması, şüa terapiyası, hipofizdə cərrahi əməliyyat.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.