Aetalar

From Wikipedia, the free encyclopedia

Aeta[1] (Özlərini ata və ya puqut adlandırırlar) — Avstraloid[2] irqinə mənsub qəbilə, Filippin adalarının köklü xalqlarındandır. Qədim avtoxton əhalisinin törəmələridir.

Cəld faktlar Sayları və yaşadığı ərazilər, Dili ...
Aetalar
Sayları və yaşadığı ərazilər
Dili Aeta dili
Dini Animizm
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Luzon adasının şərqində dağlıq və dağ ətəyi ərazilərində yarılmışdır. Onların Eta, Atta, Aqta, Baluqa və duqanat qəbilələri vardır. Onların kiçil bir qrupu Neqros adası, Panay adalarının daxili hissələrində və Mindanao adasının şimal-şərqində yauılmışlar. Bəzən Aetalara MindoroPalavan adalarında yayılmış avstraloidlər də olara aid edilirlər. Sayları 50 min nəfər (1967), onların 30,000 Luzon adasında yaşayır. Müxtəlif ləhcələrdə danışırlar. Dil Malay-polineziya dillərinə daxildir. Son zamanlar tamamən qonşu fillipin dillərində danışırlar.

Yanması

Thumb
Gənc Aetalı qız, 1901.

Aetaların[3][4] antrpologiyasına gəldikdə neqiroitdirlər. Onlarda Asiyanın Andamanlılar və Semanqlar]]a bənzərlikləri vardır. Bu bənzərliklər əsasən qara dərili olması və boydan kiçik olmaları ilədir (Sentinellər bu baxımdan fərqlənirlər). Bu baxımından onlar Afrika Piqmeylərinə bənzəyirlər. Qədim zamanlarda Cənubi və Cənub-Şərqi Asiya ərazilərində Avstraloidlər geniş yayılmışdılar. Onların törəmələri indi HindistanHind-Çin yarımadası ərazisində yaşayırlar (Veddlər, Panyalar, Semanqlar və b.). Onların sayı olduqca azdır və digər iri xalqların onları əhatələdiyi ərazilərdə yayılmışlar.

Aeta (eta) — Taqal dilində eta, İbanaqlar atta, İlokanlar — ita, və ya puqut adlandırırlar. Özlərini ata və ya puqut adlandırırlar. Onlar arasında fərqliliklər özünü açıq aydın göstərir. Bəzilərində papuasların, bəzilərində isə qonşu xalqların əlamətləri vardır.

Təsərrüfat ənənələri

Əsas məşğuliyyətləri ovdur. Onlar əsasən çöl qabanları, quş və maral ovlayırlar. Üstəlik meşələrdə təbii şəkildə yayılmış arıların ballarını, meşə mevələrini, yığırlar. Onlar arasında dəniz balıqçılığı inkişaf etmişdir. Ov alətləri kimi nizə, ox, tələ və qırmaqdan ibarətdir. Sumpitan adlı alət ilə ovu uzaq məsafədən vura bilirlər (Bambukdan hazırlanır). Od və tüstü yolu ilə özlərinə məxsus ov edirlər.

Ənənəvi geyimləri kişilərdə qurşağa bənzər olub nahiyələrini bağlayırlar. Qadınlar isə don geyirlər. Ziynət əşyaları sadə olub qaban dişlərindən və bambukdan hazırlayırlar. Saçlarını qırxır, dişlərini oyur və döymə vurmurlar.

Ənənəvi yaşayış yerləri bambukdan hazırlanan üzəri isə yarpaqlarla örtülü olan evlərdə yaşayırlar. Əsasən balıq, ət və meşə bitkiləri ilə qidalanırlar.

Qohum ailələr qurulur.

İnancları

Onların ənənəvi inancları Animizm, Magiya, təbiət qüvvələrinə və yuxulara inanırlar. Özlərinə xass musiqi və rəqslərə malikdirlər. Hazırda isə bu adət-ənənələr itmək üzrədir.

Ədəbiyyat

  • Энциклопедия "Народы и религии мира", М.-1998.
  • Malayziyanın kiçik xalqları, İndoneziya və Filippin. Red. N. N. Çeboksarov, А. İ. Kuzneçov. М.:Elm, 1982.

Mənbə

İstinadlar

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.