From Wikipedia, the free encyclopedia
Aclıq Oyunları — ABŞ yazıçısı Suzan Kollins tərəfindən yazılan 2008-ci ilin elmi-fantastik roman. Əsərdə hadisələr uzaq gələcəkdə, Cənubi Amerikada qiyamətdən sonra qurulan antiutopiya ölkəsi Panemdə yaşayan 16 yaşlı Ketnis Everdininin ağzından danışılır. Ölkədəki siyasi nəzarəti yüksək inkişaf etmiş Kapitoliya idarə edir. Aclıq Oyunları hər il Panemi əhatə edən 12 mahaldan seçilmiş 12-18 yaş arası bir qız və oğlanın ölümlə mübarizə apardıqları televiziya proqramıdır.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aclıq Oyunları (roman) | |
---|---|
The Hunger Games | |
Müəllif | Suzan Kollins |
Janrlar | Macəra, Antiutopiya, Elmi-fantastik roman |
Orijinalın dili | İngiliscə |
Ölkə | |
Orijinalın nəşr ili | 14 Sentyabr, 2008 |
Tərcüməçi | Anzulə Əmirova |
Tərtibat | Tim O'Brayen |
Nəşriyyat | Scholastic Press (Azərbaycanca nəşr: Qanun nəşriyyatı) |
Nəşr | 2014 |
Səhifə | 418 |
Sonrakı | Güclənən Alov |
ISBN | ISBN 0-439-02352-1 |
Roman bir çox yazıçılardan (məsələn, Stefan Kinq, Stefani Mayer, Con Qrin və s.) rəğbət görmüşdür. Bəzi tənqidçilər Kolinsin romanı ilə Kouşun Takaminin "Şahanə Döyüş" (1999) əsərinə oxşarlıqlar olduğunu bildirsə də hekayə və obrazlar bəyənilmişdir. Kolins kitabı yazarkən Yunan mifologiyasından, Romadakı qladiator döyüşlərindən və şou proqramlardan ilham almışdır. Roman Kaliforniya Gənc Oxucu Medalı daxil olmaqla bir çox mükafata layiq görülmüş, 2008-ci ildə "Publishers Weekly" tərəfindən ilin ən yaxşı kitablarından biri seçilmişdir.
Aclıq Oyunları ilk dəfə 14 sentyabr 2008-ci ildə Tim O'Brayenin hazırladığı üz qabığıyla "Scholastic" nəşriyyatı tərəfindən təqdim olunmuşdur. 200.000-lik ilkin nəşrdən sonra 2010-cu ilin fevralına qədər 800.000 nüsxəsi satılmış, 26 dilə tərcümə olunmuş və çap hüququ alaraq 38 ölkədə nəşr olunmuşdur. Roman Aclıq Oyunları trilogiyasının ilk kitabıdır. Digər iki kitab Güclənən Alov (2009) və Mokinqcey (2010) adlanır. Roman əsasında 2012-ci ildə Qeri Rosun rejissorluq etdiyi film çəkilmişdir.
"Aclıq oyunları" S.Collins
Nə qədər ki, bəşəriyyət var, insanlar mövcuddur, despot rejimlər, totalitar dövlət nəzarəti, insanlar üzərində işgəncə yolu ilə hakimiyyətlərini bərqərar etmək də mövcud olacaq və insan azadlığı problemi öz əhəmiyyətini itirməyəcək. Yazıçı qəddar rejimin hökm sürdüyü xəyali Panem dövləti və bu dövlətdə vaxtı ilə baş vermiş olan böyük üsyanı və aclıq dönəmini xalqa xatırlatmaq üçün hər il düzənlənən aclıq oyunları vasitəsi ilə bir çox problemlərə toxunub. Mənim həyatda istəyim, cəmiyyətdə yerim nədir? Bərabərlik qorunurmu? Əsas da həyatımı özüm üçünmü yaşayıram, yoxsa başqalarının mənafeyi, rahatlığı və əyləncəsi üçünmü?
"Aclıq oyunları"nda qələbə şöhrət və var-dövlət, hər kiçik səhvin belə gətirdiyi məğlubiyyət isə ölüm deməkdir... Paytaxt Kapitol adlanan varlı kəsimin yaşadığı şəhərdir. Orada insanları daha gənc və daha biçimli göstərmək üçün bir sıra əməliyyatlar aparılır. Halbuki bölgələrdə insanların çoxu həyata gənc yaşda vida etdiyi üçün yaşlanmaq uğur sayılır. Bölgələr öz təbii sərvətlərini öz pulları ilə alırlar, canları bahasına əldə edib paytaxta toplayırlar. Hələ bu azmış kimi sırf Kapitoldakı zəngin, elit təbəqədən insanlar əylənsinlər deyə bölgələrdən yığılma kasıb təbəqədən olan insanlar üzərində oynanılan oyundan bəhs edilir. Seçilənlər püşk əsasında müəyyən edilir. Püşkdə ad yazılması müqabilində isə kasıb bölgələrə ərzaq, yeyəcək məhsullar verirlər. Beləcə xalq oyunlardan asılı hala düşür. Burada püşkə adının yazılması bir növ onları aclıqdan qurtarır. Buna görə də adını dəfələrlə yazdırıb oyunlarda iştirak ehtimalını artıran minlərlə gənc var..
Yazını prezident Snounun sözü ilə bitirmək istərdik: "...Ümid yaxşıdır, az miqdarda olan ümid bizə yetər, amma çoxu təhlükədir."
Kollinsə romanı yazmaq fikri televizora baxarkən yaranıb. Bir kanalda insanları bir-biriləri ilə yarışdıran şouya baxarkən, digər kanalda İraqın işğalını izləyirdi. Bu görüntü ona pis təsir etmiş və bu romanı yazmağa qərar vermişdir. Hekayənin təməlini Tesey təşkil edirdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.