Abuzər Aydəmirov
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Abuzər Əbdülhakimoviç Aydəmirov (29 oktyabr 1933 – 27 may 2005) — Sovet və Çeçen yazıçı və şairi, Çeçen klassiki. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq yazıçısı (1977), Çeçenistan Yazıçılar Birliyinin sədri (2004–2005) olub.[1][2]
Abuzər Aydəmirov Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Naji-Yurt rayonunun Mesket kəndində anadan olmuşdur. İlk təhsilini kəndində almışdır. Sonradan Qroznı şəhərində oxumuşdur.
1944-cü ildə çeçenlərin və inquşların deportasiyası zamanı o, da ailəsi ilə birlikdə sürgün edilmişdir. Aydəmirov sürgün illərində kolxoz briqadasında mühasib, məktəb kitabxanaçısı və sovxozda baş mühasib müavini işləyib. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra vətəninə qayıdıb.[3]
Abuzər Aydəmirov 1957–1987-ci illərdə doğma kəndində çeçen dili və ədəbiyyatı müəllimi işləyib.
1963-cü ildə Çeçen-İnquş Dövlət Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsini bitirib. 1964-cü ildə SSRİ Yazıçılar İttifaqına qəbul edilib. 1967-1969-cu illərdə SSRİ Yazıçılar İttifaqının Ali Ədəbiyyat Kurslarında təhsil alıb. 1969–1989-cu illərdə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Yazıçılar İttifaqının idarə heyətinin üzvü olub. Uzun illər müəllimlik fəaliyyətinə görə yüksək hökumət mükafatlarına layiq görülmüşdür.[3]
Abuzər Aydəmirov 30 il Nojay-Yurt rayon sovetinin deputatı olub. 1989–1993-cü illərdə, Cövhər Dudayev Çeçenistanda hakimiyyətə gəlməmişdən əvvəl RSFSR Ali Sovetinin deputatı idi. Aydəmirov 2004-cü ildə Çeçenistan Respublikası Yazıçılar İttifaqının yenidən qurulmasından sonra keçirilən ilk qurultayında yazıçılar təşkilatının sədri seçilib.[3]
Abuzər Aydəmirovun ilk hekayəsi 1957-ci ildə nəşr edilmişdir.
1970-ci illərdə yazılmış Aydəmirovun şeirlərinə aid mahnı sonradan Çeçenistan İçkeriya Respublikasının marşı kimi istifadə edildi.[4] Aydəmirovun özü də İçkeriya rejimi haqqında kifayət qədər tənqidi fikirdə idi.
Aidamirovun əsas yaradıcılığı XIX əsrin Qafqaz müharibələri haqqında tarixi trilogiyadır. Bu trilogiyaya "Uzun gecələr", "Dağlarda şimşəklər" və "Tufan" daxildir. Romanları ərəb, türk, fransız və digər Avropa dillərinə tərcümə edilmişdir.
Aydəmirovun ən əhəmiyyətli əsəri trilogiyanın ilk romanı - "Uzun gecələr" hesab olunur. Roman Sov.İKP rayon komitəsinin göstərişlərinə uyğun olaraq dəyişiklik etməkdən imtina etməsi səbəbindən yazıçının masasında on il yatmışdır. Roman 1972-ci ildə nəşr edildi və uzun müddət qadağa altında qaldı. Yalnız 1996-cı ildə rus dilinə tərcümə edildi, 1998-ci ildə isə ərəb dilində nəşr olundu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.