anime From Wikipedia, the free encyclopedia
A Silent Voice (azərb. Səssiz səs) və ya Yaponiyada tanınan adı ilə Koe no Katachi (聲の形?, azərb. Səsin forması) – 2016-cı il istehsalı dram və gənclik anime filmi. Naoko Yamadanın rejissorluğu, Reyko Yoşidanın ssenaristliyi və Kensuke Uşionun bəstəkarlığı ilə Kyoto Animation tərəfindən istehsal olunmuşdur. Anime filmi Yoşitoki Oymanın eyniadlı manqa seriyasına əsaslanır. Yaponiya premyerası 17 sentyabr 2016-cı ildə, digər ölkələrdə isə fevral-iyun 2017-ci ildə baş tutmuşdur.
A Silent Voice | |
---|---|
yap. 聲の形 | |
| |
Janr | gənclik, dram |
Rejissor | Naoko Yamada |
Prodüserlər |
Eharu Ohaşi Şiniçi Nakamura Mikio Uetsuki Toşio İizuka Kensuke Tateyşi |
Əsərin müəllifi | Yoşitoki Oymanın eyniadlı manqası əsasında |
Ssenari müəllifi | Reyko Yoşida |
Baş rollarda |
Miyu İrino Saori Hayami Aoy Yuki Kenşo Ono Yuki Kaneko Yui İşikava Mequmi Han Toşiyuki Toyonaqa Mayu Matsuoka |
Bəstəkar | Kensuke Uşio |
Rəssam | Kenqo Şiqemura |
İstehsalçılar |
Kyoto Animation Distribütor: Shochiku |
Distribütor | Netflix |
İlk baxış tarixi | 17 sentyabr 2016 |
Filmin növü | anime |
Müddət | 130 dəq. |
Gəlir |
2,3 milyard ¥ (19,56 milyon $) |
Ölkə | Yaponiya |
Dillər | yapon, yapon işarə dili |
Rəng | rəngli |
IMDb | ID5323662 |
Anime filmi tənqidçilər tərəfindən bəyənilmişdir.
Şoya İşida bütün qazandığı pulları yığıb anasına buraxır və körpüdən tullanıb intihar etməyə hazırlaşır. Tullanmaq istəyən anda yaxınlıqdakı uşaqlar fişəng buraxır və yadına ibtidai məktəbdə onu bu hala gətirən hadisələr yadına düşür.
Həmin günlərdə Şoya tamamilə fərqli adam idi və məktəbli yoldaşları ilə münasibətləri yaxşı idi. Lakin tezliklə Şoko Nişiyama adlı yeni qız şagird sinifə qoşulur və qız Şoyada böyük marağa səbəb olur. Məlum olur ki, Şoko əslində kardır. Qüsuruna baxmayaraq Şoko əlindən gələn ən yaxşısını etməyə çalışaraq normal həyat tərzi keçirməyə çalışır. Lakin şagirdlər və müəllim onun mövcudluğunun sinifin sosial balansına xələl gətirdiyini düşünməyə başlayırlar və Şoya ilə Naoka Ueona ona qarşı zorakılıqlar etməyə başlayırlar.
Şokaya qarşı edilən zorakılıqlar haqqında məlumat müəllimin qulağına çatanda müəllim Şoyanı yeganə günahkar kimi görür. Şoya ancaq özünü yox, digər sinif yoldaşlarını da günhkar kimi göstərir, lakin onlar bu böhtanı qəbul etmirlər. Tezliklə sinifin Şoyaya qarşı münasibəti dəyişilir və Şokaya etdikləri kimi ona da qarşı zorakılıqlar etməyə başlayırlar. Şoya Şokonu günahlandırırlar və Şoko Şoyanın partası üzərindəki nəsə etdiyini görəndə onunla dava edir. Şoko başqa məktəbə keçəndə Şoya başa düşür ki, Şoko onun partası üzərinə yazılan təhqiramiz ifadələri silirmiş. Şoya getdikcə tənhalaşır və daim əziyyət görməyə başlayır. Sinif yoldaşları tərəfindən gölməçəyə atılandan sonra Şokonun dəftərini tapır.
Müasir vaxtda isə liseydə oxuyan Şoya hələ də antisosialdır və keçmişini cəza kimi qəbul edir. Günahkarlıq və peşmançılıq hisləri keçirən Şoya heç kəslə ünsiyyət qurmur və insanların gözlərinə baxa bilmir. Tənha olmasına baxmayaraq Şoya Tomohiro Naqatsuka adlı başqa bir tənha sinif yoldaşı ilə tez zamanda yaxın dost olur. Şoya Şokonun suya düşmüş dəftərini geri qaytarmaq üçün işarə dili mərkəzini ziyarət edir. İkisi körpüdə koyları yedizdirmək üçün görüşürlər.
Şokonun balaca bacısı Yuzuru Şoyanın niyyətindən şübhəlidir. Bir gün qadağan olunmasına baxmayaraq Şoya Şoko ilə birlikdə çaya tullanır və Yuzuru Şoyanın şəklini çəkib onlayn şəkildə yayımlayır. Şoyaya akt yazılır, amma Yuzuru günahkarın özü olduğunu etiraf edir. Şoya əsəbləşmək əvəzinə onu evinə dəvət edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.