From Wikipedia, the free encyclopedia
Aşağı boş vena ABV (lat. Vena cava inferior) — dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində sağ və sol ümumi qalça venalarının (lat. vv. iliacae communes dextra et sinistra) birləşməsindən əmələ gəlir; onurğanın ön səthi ilə qarın aortasının sağ tərəfilə yuxarı və bir az sağa doğru gedərək, qaraciyərin arxa səthinə çatarkən aortadan uzaqlaşır və diafraqmanın vətər mərkəzində olan aşağı boş vena dəliyindən döş boşluğuna daxil olan kimi ürək kisəsini dəlib, sağ qulaqcığaaçılır. Aşağıda bel əzələsinin içəri kənarında, bir az yuxarıda ön səthində və diafraqmaya çatarkən onun bel hissəsinin ön səthində yerləşir. ABV ekstraperitoneal (peritondan xaric) üzvlərdən olub, ön tərəfdə yuxarıdan aşağıya doğru növbə ilə, qaraciyər ilə, onikibarmaq bağırsağın enən hissəsilə, pankreas başı ilə, nazik bağırsaq müsariqəsilə əhatə olunmuşdur. Bunlardan başqa ABV öndə çəp istiqamətdə sağ xaya arteriyası ilə və arxada üfüqi istiqamətdə sağ böyrək arteriyası ilə çarpazlaşır.
Aşağı boş vena | |||
---|---|---|---|
| |||
İnsanın venoz sisteminin diaqramı | |||
Yuxarı boş vena, aşağı boş vena, azygos vein və their tributaries. | |||
Latınca | Vena cava inferior | ||
Qrey | subyekt 173 677 | ||
Mənbəyi | Ümumi qalça venası bel venaları xaya venaları böyrək venası böyrəküstü vena qapı venası | ||
Açılır | Ürəyin sağ qulaqcığına | ||
Arteriya | Qarın aortası | ||
MeSH | Vena+Cava,+Inferior | ||
ABV qarın aortasının cüt şaxələrinə uyğun venaları və qaraciyər venalarını qəbul edir.
ABV-nin qəbul etdiyi venalar | ||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.