Remove ads
From Wikipedia, the free encyclopedia
Aşıq Qurbani (az.-əski. آشیق قربانی) və ya Dirili Qurbani[1] (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı.[2]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[3]
Aşıq Qurbani XV–XVI əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur.[4] Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi.[5] Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur.[6] O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır. Bu dastan "Qurbani və Pəri" adlı aşıq hekayəsinin əsasına çevrilir.[7][8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.