Aşıq Oruc Əhmədov (d. 1920, Göyçə mahalı, Yarpızlı – ö. 1976, Gədəbəy rayonu, Zəhmətkənd) — ustad aşıq, əməkdar mədəniyyət işçisi.

Cəld faktlar Ümumi məlumatlar, Doğum adı ...
Aşıq Oruc
Aşıq Oruc Əhmədov
Thumb
Ümumi məlumatlar
Doğum adı Oruc Vəli oğlu Əhmədov
Doğum tarixi
Doğum yeri Yarpızlı, Göyçə, Ermənistan SSR
Vəfat tarixi (56 yaşında)
Vəfat yeri Zəhmətkənd, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ
Dəfn yeri Zəhmətkənd
Uşağı
Atası Aşıq Vəli
Musiqiçi məlumatları
Fəaliyyəti Aşıqlıq
Fəaliyyət illəri 1939-1976
Musiqi aləti Saz
Səs tembri zil
Mükafatları Azərbaycan SSR əməkdar incəsənət xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Oruc Vəli oğlu Əhmədov 20 mart 1920-ci ildə Göyçə mahalının Yarpızlı kəndində "Fərzalılar" nəslində anadan olub. Atası Vəli (1854–1929) də Göyçə mahalında və eləcə də Azərbaycanın digər bölgələrində tanınmış aşıq olub.[1]

1949-cu ildə ermənilərin mənfur siyasəti nəticəsində doğma kəndlərindən Gədəbəy rayonunun Zəhmət kəndinə deportasiya olunmuşdur.

1929-cu ildə atası vəfat etdikdən sonra onun sazını sinəsinə alaraq çalıb oxumağa başlamışdır. Bir neçə il Aşıq İbrahim Alışan oğlunun şəyirdi olub.

1939-cu ildən müstəqil aşıqlığa başlayıb.

Azərbaycanda aşıqlar arasında tezliklə tanınan Aşıq Oruc Vəli oğlu respublikada keçirilən mədəni tədbirlərdə, festivallarda, Azərbaycan aşıqlarının III qurultayında (1961) iştirak edib, əməkdar mədəniyyət işçisi adına layiq görülüb. 60-dan çox saz havasını çalıb-oxuyurmuş.[2]

1953–1970-ci illərdə Gədəbəy aşıqlarına ağsaqqallıq edib. Miskin Vəli və Aşıq Məhəmmədəli ilə bərabər neçə-neçə məclislər keçirib. Aşıq şeirinin bir çox şəkillərində şeirlər yazıb.

Aşıq Orucun Aşıq Şahsuvar və Aşıq Nurəddin adında iki şəyirdi olub.

1976-cı ildə Gədəbəy rayonunun Zəhmətkənd kəndində astma xəstəliyindən vəfat etmişdir.[1]

Ailəsi

Thumb

Haqqında yazılan məqalələr

  • G. Məmmədova. Tarlada şənlik, "Təşəbbüs" qəzeti, № 33(81), 9 aprel 1966-cı il, Yevlax.
  • M. Qardaşov. Aşıqlar ansamblı, "Qırmızı bayraq" qəzeti, № 61(619), 27 may 1966-cı il, Zaqatala.
  • Ürəklərə yol tapır, "Tərəqqi" qəzeti, № 58(2647), 20 may 1969-cu il. Gədəbəy.
  • El sənətkarları, "Tərəqqi" qəzeti, № 83(2822), 16 iyul 1970-ci il. Gədəbəy.
  • Əli Əliyev, "El aşığı" məqaləsi, "Tərəqqi" qəzeti, № 103(2994), 31 avqust 1971-ci il. Gədəbəy.
  • Z. Müseyiboğlu, Əməkçilərə hədiyyə, "Tərəqqi" qəzeti, № 35(3384), 21 mart 1974-cü il. Gədəbəy.
  • Məhərrəm Qasımlı, "Ustad", "Ədəbiyyat qəzeti", 22 fevral 1991-ci il,№ 8.
  • Abbas Vəfadağlı. "Ustad", "Folklor və Etnoqrafiya" jurnalı, № 4, 2010-cu il. səh.48–51.
  • Araz Yaquboğlu, "Aşıq Orucun sazlı-sözlü dünyası", "Ozan dünyası" jurnalı, № 4(7), 2011. səh.99–102.

Mənbə

İstinadlar

Xarici keçidlər

Şəkilləri

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.