Aşıq İsfəndiyar Rüstəmov
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
İsfəndiyar Rüstəmov (1 iyul 1937, Gərgər, Gədəbəy rayonu – 9 fevral 2018, Bakı) — Azərbaycanlı ustad aşıq, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi.[1] Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü.
İsfəndiyar Rüstəmov | |
---|---|
İsfəndiyar Ədil oğlu Rüstəmov | |
Təxəllüsü | Aşıq İsfəndiyar |
Doğum tarixi | 1 iyul 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 9 fevral 2018 (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Rüstəmova Məryəm Hidayət |
Uşağı | Rüstəmov Yaşar İsfəndiyar oğlu |
Atası | Rüstəmov Ədil Tağı öğlu |
Anası | Rüstəmova Zeybə Abbas qızı |
Üzvlüyü | |
Mükafatları |
İsfəndiyar Ədil oğlu Rüstəmov 1 iyul 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində doğulub. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra aşıq sənəti ilə məşğul olmağa başlayıb. Lap erkən yaşlarından aşıq sənəti ilə məşğul olan İsfəndiyarın da ilk ustadı atası Ədil kişi olub. O, atasının yanında 5 il sənət öyrəndikdən sonra müstəqil sənətkar kimi fəaliyyətə başlayır.[2]
1958-ci ildə SSRİ-nin 50 illik yubileyi münasibətilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb.
1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb.
1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibətilə Moskvada keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə Aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb.
1975–1977-ci illərdə keçirilən Ümumittifaq Festivalında da bu ansambl məharətlə çıxış edib, 9 nəfər aşığın hər biri "Qızıl medal"a layiq görülüb. Aşıq İsfəndiyar isə ansamblı yüksək səviyyədə təşkil etdiyinə görə "Qızıl medal"la yanaşı birinci dərəcəli diplom və Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.
Heydər Əliyev aşıq sənətini istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində həmişə diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, hələ 1981-ci ildə bir çox sənət adamları kimi Aşıq İsfəndiyar da Heydər Əliyevin qayğısını görüb, onun təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının 30-cu qurultayında yaxşı iştirakına görə aşığın rəhbərlik etdiyi ansambl "Xalq aşığı ansamblı" adlanmağa başlayıb.
Yaradıcı aşığın fəaliyyəti ölkə rəhbərliyi tərəfindən Əməkdar mədəniyyət işçisi fəxri adı ilə qiymətləndirilib.
Aşıq İsfəndiyar bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub və keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak edərək mükafatlarla doğma vətəninə qayıdıb. Aşığın həyat və yaradıcılığı 2007-ci ildə dərc edilmiş "Baş sarıtel" kitabında öz əksini tapıb.
Aşıq İsfəndiyar Prezident təqaüdçüsüdür və bu gün də respublikada saz sənəti ilə bağlı bütün tədbirlərdə fəal iştirak edir.
25 yanvar 1991-ci ildə aşıq musiqi-ifaçılıq sənətinin təbliğində xidmətlərinə görə ona "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı verilmişdir[3].
10 may 2007-ci ildə Prezident təqaüdünə layiq görülmüşdür.[4]
2007-ci ildə Aşıq İsfəndiyar haqqında "Ustad nəfəsi" sənədli filmi çəkilmişdir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən gənc aşıqların müsaqibəsində dəfələrlə münsiflər heyətinin sədri olmuşdur.
2010-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.