Azərbaycanlı dövlət və ictimai-siyasi xadim From Wikipedia, the free encyclopedia
Ağahüseyin Mehdi oğlu Əlihüseyinov (1908, Bakı – bilinmir) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, Azərbaycan SSR Baş prokuroru.
Ağahüseyin Əlihüseyinov | |
---|---|
sentyabr 1937 – 1941 | |
Əvvəlki | Bahadır Vəlibəyov |
Sonrakı | Cəbrayıl Cəbrayılzadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1908 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Ağahüseyn Mehdi oğlu Əlihüseynov 1908-ci ildə Bakı şəhərində sonralar Lenin adını daşıyacaq toxucu fabrik işçisinin ailəsində anadan olmuşdur. Uşaq vaxtı , adi işçi - yağlayıcı olan atasının əməyinin nə qədər fərəhsiz və ağır olduğunu görürdü. Milyoner Tağıyev 16-18 saatlıq iş günü üçün ağlagəlməz dərəcədə az əmək haqqı verirdi. Bu ailənin ən kiçik üzvü olan Ağahüseyn də vaxtlı-vaxtında məktəbə gedə bilmirdi. Ağahüseyn çox gənc ikən muzdla işləməyə məcbur olur. 1923-cü ildə Əlihüseynov bir dərəcəli məktəbi qurtarıb, həmin ildə 1-ci dövlət mətbəəsində şagirdliyə girir. Burada komsomola daxil olur və dərhal özünü qabaqcıl komsomolçu-aktivist kimi göstərir. Mətbəənin komsomolçuları onu divar qəzetinin redaksiya kollegiyasına katib, sonra özəyə kultura-propaqanda işçisi , bir neçə müddətdən sonra katib seçirlər. Əlihüseynovun bilik öyrənmək həvəsi olduqca böyük idi. O, gündüzləri mətbəədə işləyərək, axşamları işçi fakültəsində oxuyur. Dörd ilin ərzində o, istehsalatda çalışaraq böyük həvəslə oxumaqda davam edir. Bu illər ərzində Əlihüseynov özünü işçi gənclərin gözəl təşkilatçısı , Bakı mətbuatının gözüaçıq müxbiri, din əleyhinə bacarıqlı agitator kimi göstərir.Din əleyhinə propaqanda sahəsində Əlihüseynov hələ komsomolçu ikən böyük işlər görür.Bu gənc agitator işçi klublarında , məscidlərin həyətlərində (xüsusilə Bakının dağlıq hissələrində) mollaların fəaliyyətini ifşa etmiş, dinin sinfi mahiyyətini açıb göstərmişdir. Əlihüseynov hələ o zaman Mübariz allahsızlar İttifaqı Bakı Sovetinin prezidiumu üzvü idi.
"Zəhmətkeşlərin haqlı tələbləri"nə biganə qala bilməyən NKVD-nin baş komissarı N. Yejov 30 iyul 1937-ci ildə "Keçmiş qolçomaqlar, canilər və başqa antisovet ünsürlərin repressiya edilməsi üzrə əməliyyat" haqqında 00447 saylı əmr imzaladı[1]. Bu əmrə görə siyasi düşmənləri dərhal məhv etmək, siyasi rejimi dəyişmək fikrinə düşənləri operativ şəkildə zərərsizləşdirmək məqsədilə sadələşdirilmiş iş üsuluna keçilməsini təmin etmək üçün Sovet İttifaqının bütün müttəfiq respublikalarında "üçlüklər — troykalar" yaradıldı. Azərbaycanda fəaliyyət göstərmiş ilk üçlüyün – "troyka"nın – tərkibi Daxili İşlər Xalq komissarı Y. Sumbatov-Topuridzedən — sədr, Teymur Quliyevdən və Cahangir Axundzadədən ibarət idi.
Sonrakı dövrdə respublika "troyka"sının fəaliyyətini Daxili İşlər Xalq komissarı M. Rayev — sədr, Ağahüseyn Əlihüseynov və Teymur Yaqubov davam etdirmişlər. Tutulanları iki kateqoriya üzrə — birinci və ikinci kateqoriya üzrə istintağa cəlb edirdilər. Birinci kateqoriyaya daxil olanlar güllələlənirdilər, "bəxti gətirib" ikinci kateqoriyaya düşənlərə isə 8 — 10 il həbs cəzası təyin edirdilər. Təqsirli sayılanları tez və sadələşdirilmiş şəkildə mühakimə edən "üçlüklər"ə SSRİ NKVD-nin xalq komissarı N. Yejov əvvəlcədən plan kəsmişdi. Məsələn, Azərbaycan Respublikasından I kateqoriya ilə 1 500, II kateqoriya ilə 3 750 məhbus, cəmi 5 250 nəfər cəzalandırılmalı idi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.