Remove ads
From Wikipedia, the free encyclopedia
"Ağ corablı qadın" (fr. Les Bas Blancs) — 1861-ci ildə fransız rəssam Qüstav Kurbenin yağlı boya texnikası ilə nü janrında çəkdiyi rəsm əsəri. Filadelfiya Barns fondunda sərgilənən bu tablonun ölçüləri 65×84 sm-dir.
“Ağ corablı qadın” | ||
---|---|---|
fr. Les Bas Blancs | ||
| ||
Rəssam | Qüstav Kurbe | |
Tarixi | 1861 | |
Üslubu | Realizm | |
Texnikası | Yağlı boya, kətan | |
Ölçüləri | 65 sm[1] × 81 sm[1] | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Barns fondu | |
Saytı | wga.hu/html/c/courbet/3/… | |
İnventar nömrəsi | BF810 | |
Vikianbarda əlaqəli mediafayllar |
Tablo Q. Kurbe tərəfindən rəssam dostu Fajona verilmişdir. Sonralar əsər Albert Kums Barns tərəfindən 1922-ci ildə alınmışdır.
Tablonu görməkçün əvvəlcədən növbə siyahısına yazılmaq və orta hesabla 6 həftə gözləmək lazımdır[2].
Tabloda akrobatik duruşlu qadın Qüstav tərəfindən ehtiras doğurucu təsvir olunmuşdur[2]. Ağ rəngli corabı sağ ayağına geyinməyə çalışan bu qadının təhrikedici baxışları geyim prosesinə deyil, məhz qarşısındakına doğru yönəlmişdir. Əvvəlki rəssamlar çılpaq bədən əks etdirərkən müvafiq əndazədən kənara çıxmırdılar. Bu da əsərin əsas ideyası fonunda bir o qədər də diqqət obyektinə çevrilmirdi. Ancaq ara-sıra rəssamlar, xüsusən, Qüstav Kurbe riskə gedərək, açıq-saçıqlığı daha qabarıq şəkildə təsvir edirdilər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.